top
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO
09 may 2025, 12:51
- +

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

 

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 80 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları "xalqımızın qızıl fondu" adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamı ilə 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Azərbaycan xalqı artıq beşinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın uğrunda 30 il mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:49

Gəncədə ağır qəzada xəsarət alanların son durumu - YENİLƏNİB 2

Bütün xəbərlər
Bu gün, 11:32

YDM-də tanışını öldürmək istədi, 8 il həbs olundu

Bütün xəbərlər
Bu gün, 10:52

Gəncədə MKTİB tərəfindən zibil konteynerləri yenilənib

Bütün xəbərlər
Bu gün, 10:25

Gəncədə tanınmış həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:00

Gəncəli məşqçilərdən maraqlı təşəbbüs

Bütün xəbərlər
Bu gün, 09:36

20 yaşlı oğlana qəbiristanlıqda xəsarət yetirdilər

Bütün xəbərlər
Bu gün, 00:06

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Bu gün, 00:01

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 5 il ötür

Bütün xəbərlər
Dünən, 18:00

Laçında işləmək istəyən gəncəlilərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 17:24

"Komanda üçün fərqi yoxdur - Bakıda çıxış edirik, yoxsa Gəncədə" - Marian Kolevlə MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 16:44

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin olunub

Bütün xəbərlər
Dünən, 16:03

Gələn ay torpaq hərracı keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:29

Gəncədə əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Dünən, 14:58

"Kəpəz" antirekordunu yenilədi

Bütün xəbərlər
Dünən, 14:33

Mingəçevirdə bıçaqlanan qadının SON DURUMU

Bütün xəbərlər
Dünən, 14:05

Nazir Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 13:32

ADAU tələbələri startap yarışında qalib gəlib

Bütün xəbərlər
Dünən, 13:04

İcra başçısının sabiq müavininə cəza istənilib

Bütün xəbərlər
Dünən, 12:31

Bu il Gəncədə 8 qadında süd vəzi xərçəngi aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:44

Gəncə yaxınlığında yaradılan Milli Parkdan FOTOLAR

Bütün xəbərlər
Dünən, 11:13

Gəncəçayda növbəti təmizlik aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 10:43

Gəncədə gözəllik salonunda yanğın olub

Bütün xəbərlər
Dünən, 10:31

Tovuzda qadın dərmandan zəhərlənib öldü

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə 39 yaşlı qadını maşın vurub

Oxşar xəbərlər