2026-cı ildə Azərbaycanın “İdman Paytaxtı” və “Gənclər Paytaxtı” adlarını daşıyacaq şəhərlərin adları bəlli olub.
Gencexeber.az Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir ki, qurumun bu gün Kollegiya iclası keçirilib.
Bildirilib ki, Qazax 2026-cı il üçün “İdman Paytaxtı”, Goranboy 2026-cı il üçün, İsmayıllı isə 2027-ci il üçün “Gənclər Paytaxtı” seçilb.