top
Mədəniyyət sahəsinə ayrılan 635 milyon: Regionlarda hansı istiqamətlərə xərclənə bilər?
12 dekabr 2024, 12:00
- ↺ +

Mədəniyyət sahəsinə ayrılan 635 milyon: Regionlarda hansı istiqamətlərə xərclənə bilər?

 

Dekabrın 3-də Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Qanun layihəsində diqqət çəkən məqam müəyyən sahələr üzrə ayrılan vəsaitlərin 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artırılması olub. Maliyyə naziri Samir Şərifov müzakirələr zamanı çıxışında 2025-ci ildə ölkədə mədəniyyət sahəsinə 635 milyon manat vəsait ayrılmasının nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət növlərinə ümumilikdə 574 755 888,0 manat ayrılmışdı. Beləliklə, 2025-ci ildə bu məbləğ 60 milyon manat da artırılıb.

Həmçinin muzeylərin, qoruqların və bu qəbildən olan digər sahələrin maliyyə təminatı üçün 242 milyon manat ayrılıb.

Sözügedən məbləğin ciddi şəkildə artırıldığını nəzərə alsaq, həmin vəsaitin xüsusilə qeyd edilən istiqamətlər üzrə regionlarda necə istifadə olunması məsələsi gündəmə gəlir. Regionlarda mədəniyyət sahəsində hansı boşluqlar var və dövlət büdcəsində nəzərdə tutulmuş vəsait həmin boşluqların aradan qaldırılması üçün yetərlidirmi?

Mədəniyyət sahəsinə ayrılan 635 milyon: Regionlarda hansı istiqamətlərə xərclənə bilər?

Gencexeber.az-a açıqlamasında yazıçı Tural Turan həmin məbləğin kifayət qədər yüksək olduğunu bildirib.

O qeyd edib ki, burada əsas məsələ vəsaitin aidiyyəti üzrə xərcləndiyinə dair hesabatların təqdim edilməsidir:

“Ayrılan vəsait kifayət qədər böyük bir məbləğdir. Azərbaycan üçün normal sayıla biləcək miqdardır, lakin iş orasındadır ki, həmin pullar yerində, aidiyyəti üzrə xərclənirmi? Əsasən, bölgələrdə vəziyyət daha kirtikdir. İstər Şəmkirdə, istər Tovuzda bir neçə abidə var ki, baxımsız vəziyyətdədir”.

Tural Turan işğaldan azad edilmiş ərazilərdəki mədəni quruculuq işlərinin ayrılan vəsait hesabına qarşılanıb-qarşılanmayacağı məsələsinin də olduğunu bildirərək, ikinci halda məbləğin yetərsiz qalacağını vurğulayıb.

“Şəmkir, Tovuz, Qazax və digər rayonlarda qorunası çox abidə var. Comərd Qəssab türbəsi yenidən təmir olunmalıdır. Gəncə şəhərində də bir sıra tarixi abidələr uçuq vəziyyətdədir. Hətta tarixi abidələrin qanunsuz istismarı, əlavə tikililərin quraşdırılması halları da mövcuddur. Bunlara ciddi nəzarət olunmalıdır. Hər üç aydan, yaxud altı aydan bir ayrılan vəsaitin hesabatı da verilməlidir”, - deyə qeyd edən Tural Turan regionlarda fəaliyyət göstərən ev muzeylərinin də durumunun acınacaqlı olduğunu diqqətə çatdırıb:

“Qurumlar tərəfindən ev muzeylərinə başdansovdu yanaşma mövcuddur. Bəziləri təmir olunmalıdır, ancaq bununla bağlı bir iş görülmür. Yaxud elə abidələr var ki, onlar turist marşrutları üzərindədir, biz tarixi abidələrindən bu məqsəd üçün istifadə etmirik, ona görə də bu sahədə böyük boşluqlar var”.

Mədəniyyət sahəsinə ayrılan 635 milyon: Regionlarda hansı istiqamətlərə xərclənə bilər?

Yazıçı Elbrus Kəlbiyev də artıq təsdiqlənən vəsaitin kifayət qədər böyük məbləğ olduğunu deyib.

O, məbləğin düzgün istifadə olunacağı təqdirdə, mədəniyyət sahəsinin bütün istiqamətləri üzrə çox işlər görülə biləcəyini vurğulayıb.

“İndi rayonda yaşamasam da, bir çox bölgələr, kitabxanalar ilə əlaqələrim var. Bəzən bölgələrdə görüşlərim olur”, - deyən yazıçı sözlərini belə davam etdirib:

“Yaxşı olardı ki, dövlətin ayırdığı bu məbləğ istər şəhər, istərsə bölgələrdə düzgün istiqamətlərə yönəldilsin. Ədəbiyyat, kino, teatr, musiqi və digər sahələrdə çalışan yaradıcı insanlara, əsasən, gənclərə dəstək verilsin. Vətən müharibəsi, tariximiz, ailə dəyərlərimiz və bu kimi başqa vacib mövzularda mütləq əsərlər yazılmalı, bu əsərlər ekranlaşdırılmalı, səhnələşdirilməlidir. Xalq, bəstəkar, opera musiqisinə diqqət ayrılmalıdır. Televiziyalarda üst mədəniyyətin təbliği təşkil olunmalı və bu işə xüsusilə böyük önəm verilməlidir”.

“Bildiyim qədər keçən ilə kimi Mədəniyyət Nazirliyi yerli yazarların kitablarından satın alıb bütün kitabxanalara paylayırdı. Bu, yaxşı bir hal idi. Təəssüf ki, bunu ləğv etdilər. Bu işi davam etmək lazımdır. Həm yazarlara dəstəkdir, həm də ən ucqar rayonda, kənddə yaşayan oxucu yeni kitablar əldə edə bilirdi”, - deyə E.Kəlbiyev fikirlərini yekunlaşdırıb.

Mədəniyyət sahəsinə ayrılan 635 milyon: Regionlarda hansı istiqamətlərə xərclənə bilər?

Yazıçı Uraqan Abdullayev qeyd edib ki, mədəniyyət sahəsinin dəstəklənməsi çox vacibdir:

“Bu sahədə inkişaf istəyiriksə, ilk növbədə, uşaqlardan başlamaq lazımdır. Əsas diqqət məktəblərə, kitabxanalara və gənc nəsli mədəniyyətə cəlb edən layihələrə yönəlməlidir. Bəlkə də şəhərlərin özündə kitabxana var, amma kəndlərdə vəziyyət tam fərqlidir. Nə kitabxana var, nə də kitab mağazası. Kitab oxumaq istəyənlər belə kitab tapmaqda çətinlik çəkir. Bu, artıq çox ciddi problemdir”.

“Teatrlar, mədəniyyət evləri isə, demək olar ki, mövcud deyil. Bir çox rayonlarda bu cür yerlər ya dağılıb, ya da heç tikilməyib. Halbuki belə məkanlar mədəni tədbirlərin keçirilməsi üçün əsas yerdir. İnsanların həm oxumaq, həm də yaradıcılıqla məşğul olmaq üçün bir mərkəzə ehtiyacı var”, - deyən yazıçı fikirlərinə belə yekun vurub:

“Fikrimcə, vəsaitlər bir tərəfdən mövcud infrastrukturun yaxşılaşdırılmasına, digər tərəfdən də uşaqlar və gənclər üçün təhsil və yaradıcılığı təşviq edən proqramların hazırlanmasına yönəlməlidir. Çünki bölgələrdə mədəni inkişaf bu təməl üzərində qurula bilər”.

Aqil Bəkir

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər