top
Kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri azaldılıb
18 dekabr 2024, 16:15
- ↺ +

Kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri azaldılıb

 

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri endirilib.

Apa.az Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, indiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiyməti 5,2-8,2%-i arasında dəyişirdi.

Fondun İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5%, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10% aşağı salınıb. Nəticədə tariflər iribuynuzlu mal-qara üçün 4,9-7,8%-ə, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,37%-ə endirilib.

Nəticədə, indiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib.

Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər.

Dəyişikliklər nəticəsində xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox - 10% aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2% arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4%-ə endirilib.

Nəticədə, indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib.

Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur.

Xatırladaq ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq hallarından sığortalayır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər