Gəncədə növbəti tender keçirilib. Bu haqda 29 avqust tarixində Fed.az-a istinadən məlumat veririk.
Şəhər İcra Hakimiyyəti küçə və prospektlərdə əsaslı təmir işlərinin satınalması ilə bağlı tender təşkil edib. Elan edilən nəticələrə əsasən, müsabiqənin qalibi "Ərdagı" MMC seçilib.
Müqaviləyə görə, şirkətə 1.845.694 manat ödəniləcək.