Gəncə futbolçuları Azərbaycan Premyer Liqasının X turunun start oyunu zamanı ibrətamiz hərəkətləri ilə yadda qalıblar.
Gencexeber.az məlumat verir ki, “Kəpəz” futbol klubunun oyunçuları Tovuz şəhər stadionunda keçiriləcək “Qarabağ”la matça "Gəncə məğrurdur" pankartı ilə çıxıblar.
Bununla komanda Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə endirilən raket zərbələri zamanı şəhid olanların əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.