Ağstafada ev yanıb.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, şəhər ərazisində yerləşən ümumi sahəsi 450 m² (hər mərtəbəsi 225 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsinin və pilləkən qəfəsinin yanar konstruksiyaları, 2-ci mərtəbədə 3 otağın tavanı və dam örtüyü 155 m² sahədə yanıb.
Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb edilib. Alovun tikilinin qalan hissələrinə keçməsinin qarşısı alınıb.