Goranboy Olimpiya İdman Kompleksində "Dünya Azərbaycanlılarının həmrəyliyi günü"nə həsr olunmuş cüdo üzrə birincilik təşkil edilib.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir ki, turnirdə 100-dən çox idmançı müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.
İdman tədbirinin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar təşkilat komitəsinin diplom və medalları ilə mükafatlandırıldılar.