Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, hadisə rayonun Qazanbulaq qəsəbəsində qeydə alınıb.
Kəlbəcər rayon sakini 2000-ci il təvəllüdlü İsmayıl Süleymanov Qazanbulaq qəsəbəsi ərazisində münaqişə zəminində qonşusu 1981-ci il təvəllüdlü Vahid Nağıyevə bıçaqla xəsarət yetirib.
Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.