Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Sabir küçəsində yol örtüyü acınacaqlı vəziyyətdə idi.
Gencexeber.az-ın məlumatına görə, sözügedən ərazidə tamet daşları ilə döşənən yol örtüyü yenidən bərpa edilib. Hazırda həm avtomobil sürücüləri, həm də piyadalar üçün ciddi çətinliklər yaradan yol örtüyündə hərəkət üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, sözügedən küçə şəhərin əsas prospektlərindən olan Heydər Əliyev prospekti ilə Atatürk prospektini birləşdirən yollar arasındadır. Məhz bu səbəbdən, yolun uzun müddət təmirsiz qalması əhəmiyyətli nəqliyyat bağlantılarına da təsir göstərib.