top
Gəncəli güləşçi ölkəmizin 6 illik həsrətinə son qoydu
16 sentyabr 2025, 14:25
- +

Gəncəli güləşçi ölkəmizin 6 illik həsrətinə son qoydu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan idmançısı Nürəddin Novruzov tarixə düşəcək uğura imza atıb.

Gencexeber.az-ın məlumatına əsasən, sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Novruzov rəqiblərini məğlub edərək bürünc medal qazanıb. O, dünya çempionatının mükafatçıları sırasına daxil olub. Bu nəticə ilə o, Azərbaycanın sərbəst güləş tarixində son 6 ilin susqunluğunu pozub.

Sonuncu dəfə böyüklər arasında sərbəst güləş üzrə dünya çempionatında medal qazanan azərbaycanlı idmançı Cəbrayıl Həsənov olub. 2019-cu ildən bəri bu kateqoriyada yalnız legioner güləşçilər nəticə göstərə bilirdi, lakin yerli idmançılarımız medaldan uzaq qalırdı. Nürəddin Novruzovun bu uğuru həmin durumu dəyişdi və yerli sərbəst güləş məktəbinin gücünü yenidən ortaya qoydu.

Qeyd edək ki, Nürəddin Novruzov 2003-cü il noyabrın 18-də Gəncə şəhərində anadan olub. 2013-cü ildən güləşlə məşğuldur. Tanınmış məşqçi Adil İbrahimovun rəhbərliyi altında "Neftçi" İdman Klubunda çıxış edir. Təhsilini Kiyev Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.

Bu uğur, yalnız Novruzovun deyil, həm də Azərbaycan güləşinin və Gəncə idman məktəbinin böyük nailiyyəti kimi dəyərləndirilir. 6 illik həsrətdən sonra yerli sərbəst güləşçimizin medal qazanması ölkədə böyük sevinclə qarşılanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:08

Gəncəli gözəl zehni ilə Rusiyada parladı

Bütün xəbərlər
Bu gün, 13:28

Restoran sahibləri üçün yeni güzəştlər müəyyənləşir

Bütün xəbərlər
Bu gün, 12:42

Gəncədə 31 manata satılan Braziliya ətlərinə rast gəlmək olur

Bütün xəbərlər
Bu gün, 12:06

Gəncədə hələ də taxtadan tikilən evlər var - TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 11:03

Göygöldə vəzifəli şəxslərə cinayət işi açıldı

Bütün xəbərlər
Bu gün, 10:25

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Bütün xəbərlər
Bu gün, 09:42

Gəncədə "BakuBus" avtobusu qəza şəraiti yaradıb

Bütün xəbərlər
Bu gün, 09:05

Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

59 yaşlı qadın 23 ildən sonra ana oldu

Bütün xəbərlər
Dünən, 17:25

"Kəpəz" borc içində batır

Bütün xəbərlər
Dünən, 16:44

Aysun İsmayılova efirdən anasına səslənib AĞLADI

Bütün xəbərlər
Dünən, 16:16

Meyit donordan ürək köçürülən şəxsin son durumu

Bütün xəbərlər
Dünən, 15:38

Bu gün qəhrəman gəncəli şəhidimizin doğum günüdür!

Bütün xəbərlər
Dünən, 15:02

Gəncədə yaşlı qadını maşın vurub

Bütün xəbərlər
Dünən, 14:27

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:17

"3 və daha çox uşağı olanlar pensiyaya tez çıxsın" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 12:48

Gəncə beynəlxalq təlimə ev sahibliyi edəcək

Bütün xəbərlər
Dünən, 11:59

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Bütün xəbərlər
Dünən, 11:18

37 yaşlı vəkil "Həmdəm"də öldü

Bütün xəbərlər
Dünən, 10:51

Anasının dolabda gizlənən tanışını bıçaqlayan gənclə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 10:13

Şəmkirli generala şabalıd baha başa gəldi

Bütün xəbərlər
Dünən, 09:42

Qafqazın ən qədim parkında təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə iki piyadanı maşın vurdu

Oxşar xəbərlər