Azərbaycanda fəaliyyət göstərən Türkiyənin məşhur geyim brendi "DeFacto"nun mağazalarının bağlanacağı ilə əlaqədar yayılan iddialar həqiqətə uyğun ola bilər.
Gencexeber.az-ın əldə etdiyi məlumata əsasən, şəbəkənin bir neçə filialı artıq boşaldılıb və məhsullar outlet mağazalarda endirimlə satışa çıxarılıb.
Məlumata görə, şirkət əməkdaşlarına işdən ixtisar olunacaqları barədə rəsmi bildiriş verilib. Hazırda "DeFacto"nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir. Onlardan Gəncə, Bakı və Sumqayıt şəhərlərində yerləşən dükanların oktyabrın 1-də bağlanacağı planlaşdırılır.
Xatırladaq ki, məsələ ilə bağlı "DeFacto"nun Türkiyədəki Baş Ofisinə ünvanlanan media sorğuları cavabsız qalmışdı.