Bakıda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərin beşinci ildönümünə həsr olunan ciu-citsu üzrə yarış baş tutub.
Gencexeber.az-ın məlumatına görə, yarışda ölkənin müxtəlif bölgələrindən olan idmançılar iştirak ediblər. Gəncə komandası yarışda uğurla təmsil olunub. Komandaya 6-cı dan qara kəmər ustası Ramin Yusifov və Fidan Yusifova rəhbərlik ediblər.
Yarışın nəticələrinə əsasən Gəncə idmançıları aşağıdakı nailiyyətləri əldə ediblər:
Alxas Xəlilov (8 yaş, 29 kq) – I yer;
Ruzi Yolçuyev (10 yaş, 37 kq) – I yer;
Elcan Quliyev (10 yaş, 51 kq) – I yer;
Aydın Qənizadə (11 yaş, 34.5 kq) – I yer;
Camal Məmmədov (12 yaş, 53.4 kq) – III yer;
Nazlı Qocayeva (12 yaş, 46 kq) – II yer;
Yusif Cumazadə (13 yaş, 58 kq) – III yer;
Aylin Qənizadə (13 yaş, 49 kq) – III yer;
Harun Zeynalov (13 yaş, 40.8 kq) – I yer;
Hüseyn Cəfərov (13 yaş, 50.5 kq) – II yer;
Ramil Xəlilov (14 yaş, 71 kq) – II yer;
Hüseyn Rüstəmov (15 yaş, 57 kq) – I yer;
Leyla Cəfərova (15 yaş, 52 kq) – I yer.
Qeyd edək ki, yarış gənc idmançıların hazırlıq səviyyəsinin artırılması, sağlam həyat tərzinin təşviqi və Vətən müharibəsində əldə olunan tarixi Zəfərin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.