Gəncə şəhərində daşınmayan məişət tullantıları sakinlər tərəfindən yandırılır.
Gencexeber.az-ın təqdim etdiyi göruntülər Zülfü Hacıyev küçəsindən lentə alınıb. Ərazidə mövcud zibil qutularında olan məişət və digər tullantılar yandırılıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Qurumun əməkdaşları alovun qarşısını alıblar.
Sakinlər bildirirlər ki, son vaxtlar Gəncədə aidiyyəti qurum tərəfindən vaxtında daşınmayan məişət tullantılarının yandırılması sanki dəb halını alıb.