Gəncədə Ozan və Xudatbəy Rəfibəyli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın əldə etdiyi məlumata əsasən, hadisə saat 12 radələrində baş verib.
“Hunday Santafe” və “Audi” markalı avtomobillər toqquşub.
Qeyd edək ki, Ozan və Xudatbəy Rəfibəyli küçələrinin kəsişməsində son altı ayda 20-dən çox qəza qeydə alınıb.