top
Gəncədə sahibsiz itlər 19 gündə 82 NƏFƏRİ DİŞLƏDİ - VİDEO
19 dekabr 2024, 19:30
- ↺ +

Gəncədə sahibsiz itlər 19 gündə 82 NƏFƏRİ DİŞLƏDİ - VİDEO

 

“Gəncədə tələbəni it dişlədi”. “Sahibsiz itlər məktəblilərə hücum etdi”. “İstirahət guşələrində itlər dəstə ilə dolaşır”. “Gəncədə 71 yaşlı qadını küçə itləri dişlədi”.

Və bu kimi daha neçə-neçə qorxu dolu xəbərlər...

Son bir il ərzində Gəncədə dolaşan sahibsiz itlər sakinlərin qorxulu yuxusuna çevrilib. Bu problem Azərbaycanın əksər bölgələrində olsa da, daha çox Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə aktualdır. Yerli mediada da tez-tez Gəncədə itlərin vətəndaşlara hücum etməsinə dair xəbərlər yayılır. Sakinlər iddia edirlər ki, onlar xüsusilə azyaşlıları qorxudur.

Elə Gəncə sakinlərindən redaksiyamıza daxil olan şikayətlərdən də müşahidə edirik ki, son 1 ay ərzində çoxlu sayda bu kimi hal qeydə alınıb.

Gencexeber.az məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Bununla bağlı qurumdan verilən cavaba görə, 19 gün ərzində it dişləməsi ilə bağlı 82 müraciət daxil olub:

“Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə dekabr ayının 1-dən 19-dək it dişləməsi ilə bağlı 82 müraciət daxil olub”.

Bu hallar digər bir məsələni də müzakirəyə çevirir: sahibsiz itlər üçün sığınacaq niyə fəaliyyət göstərmir?

Bununla bağlı bir müddət öncə Gencexeber.az-ın sorğusuna cavab olaraq Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib ki, qurum Kəpəz Bələdiyyəsinin dəstəyi ilə sahibsiz küçə heyvanları üçün sığınacaq inşa etdirərək istifadəyə verib:

“Bu günədək “Yuva” adlı sığınacağa xeyli sahibsiz heyvan yerləşdirilib, peyvəndlənib və qısırlaşdırılıb. Daha sonra isə onlar təkrar şəhər ərazisinə buraxılıblar. Sığınacaq ictimai əsaslarla fəaliyyət göstərir. Burada eyni vaxtda yalnız 50 sahibsiz küçə heyvanı saxlamaq mümkündür. Hazırda sığınacaqda boş yer olmadığından əlavə sayda it yerləşdirmək mümkün deyil.

Sahibsiz küçə heyvanları ilə bağlı məsələ Gəncə Şəhər İcra Hakimiyyətinin diqqətində saxlanılır və məsələnin həlli istiqamətində müzakirələr davam etdirilir”.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər