Gəncədə motosiklet sürücüsü ağır qəza keçirib.
Gencexeber.az-ın məlumatına əsasən, hdisə şəhərin Səbuhi Əliyev küçəsində baş verib. Motosiklet sürücü idarəetməni itirərək qəza törədib. Sürucü ağır vəziyyətdə xəstəxanaya çatdırııb.
İlkin məlumata əsasən sürücü kuryer işləyir.
Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


