top
Gəncədə bu layihənin icrasına  başlanacaq
10 dekabr 2024, 18:00
- ↺ +

Gəncədə bu layihənin icrasına başlanacaq

 

Gəncədə “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin icrasına  başlanacaq.

Gencexeber.az bildirir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə 26 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasını uğurla davam etdirir.

Gəncə şəhərində də sözügedən layihənin icrasına başlamaq məqsədilə,  Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Görüşdə AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, sözügedən layihə bölgələrin dayanıqlı inkişafına, yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına xüsusilə əhəmiyyətli olacaq. Belə ki, layihə hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.

Bildirilib ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə layihə Gəncə Şəhər İcra Hakimiyyəti  ilə AzTU arasında yerinə yetiriləcək ilk layihədir.

Qeyd edək ki, layihənin icrası ilə bağlı Gəncə şəhəri ilə yanaşı, Ağstafa və Qazax rayonlarında da müvafiq icra hakimiyyətlərində görüşlər keçirilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər