Gəncədə təhlükə saçan reklam lövhəsi hələ də təmir edilməyib.
Gencexeber.az məlumat verir ki, sözügedən bilbord Vəli Xuluflu küçəsində, “Həsən” marketin yanında yerləşir. Uzun müddətdir aidiyyəti üzrə istismar edilməyən reklam lövhəsi piyada və avtomobillərin sıx hərəkəti ilə seçilən bu ərazidə təhlükə mənbəyi kimi mövcudluğunu davam etdirir.
Belə ki, bilbordun lövhə hissəsi güclü külək zamanı əsir. Bəzi hissələri isə qopub, sınıq-salxaq hala gəlib.