top
Gəncədə bacısına zəng etdiyi üçün ev satan qonşunu BIÇAQLADI
19 dekabr 2024, 16:00
- ↺ +

Gəncədə bacısına zəng etdiyi üçün ev satan qonşunu BIÇAQLADI

 

Gəncədə kişi ev satmaq üçün bacısına zəng edən qonşunu bıçaqlayıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilib.

Belə ki, 1997-ci il təvəllüdlü Nicat Bayramov (ad şərtidir) Gəncə şəhərində anadan olub. Bir gün yeznəsi Eşqin zəng edərək, qonşuluqda olan Əsəd adlı şəxsin arvadına dəfələrlə yığmasını və buna görə bacısı ilə aralarında problem yarandığını deyib. Eşqin Nicata gəlib bacısını aparmağı tapşırıb. Nicat taksiyə minərək bacısıgilə gedib, Eşqindən qonşu Əsədin evinin yerini öyrənib. Əsədin evinə gedərək bacısına sataşdığı üçün onu 3 dəfə bıçaqlayıb.

Nicat Bayramov Azərbaycan Respublikası CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nicat Bayramov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib:

“Ailədə bir bacı, bir qardaşıq. Əsəd ilə bacım Natəvanla rəsmi nikah bağlayaraq evləniblər. Bacımgil Göygöl rayonunda qalırlar. Dostlarımla kafedə oturub çay içirdim. Yeznəm Eşqin zəng edərək bacımla aralarında problem yarandığını dedi. Məni evlərinə çağırdı ki, bacımı aparım. Taksiyə minib onlara getdim. Evə girəndə Eşqin qonşuluqda yaşayan Əsəd adlı şəxsin davamlı Natəvana zəng elədiyini, bu səbəbdən aralarında daimi problem yarandığını bildirdi. Əsəbiləşib evdən çıxmaq istəyəndə Natəvanla Eşqin qoymadı. Eşqindən Əsədin evinin yerini bilib-bilmədiyini soruşdum. Eşqin evin bir qədər aralıda olduğunu dedi. Evdən çıxıb Əsədgilə getdik. Evdən çıxanda özümlə bıçaq götürdüm. Əsədə yaxınlaşıb “niyə bacıma zənglər edirsən” soruşanda Əsəd istehza ilə “bacına zəng etməmişəm, siz kimsiniz ki, mənim qapıma gəlmisiz?!” dedi. Əsədin inkar etməsindən və dediyi sözdən əsəbiləşib cəzalandırmaq üçün götürdüyüm bıçaqla onu bir neçə dəfə vurdum. Hadisədən sonra Bakıya gəldim. Daha sonra isə özüm polisə təslim oldum. Əməlimdən peşmanam, Əsədi öldürmək fikrim yox idi”.

Məhkəmədə dindirilmiş zərərçəkmiş Əsəd Əliyev (ad şərtidir) ifadəsində göstərib ki, Natəvana ev barəsində danışmaq üçün zəng edib:

“Nicatı əvvəldən tanıyıram, qonşu olmuşuq. Bacısı Natəvan və Natəvanın əri Eşqin bizlə qonşuluqda yaşayır. Natəvan və əri Eşqin məndən evimi Natəvanın atasına satmağı xahiş etdi. Evin qiyməti barədə danışmaq üçün Natəvan istifadəsində olan mobil nömrəsini mənə verdi. Natəvandan danışmağımızın problem olub-olmayacağını soruşmuşdum. O da mənə qonşu olduğumuzu dedi. Hadisə günü ev barədə danışmaq üçün Natəvana zəng etdim. O, telefonu açmadı. Bir neçə dəqiqə sonra Natəvanın telefonundan mənə zəng gəldi. Zəng edən yoldaşı Eşqin idi. Məndən arvadına niyə zəng vurduğumu soruşdu. Mən də nömrəni Natəvanın özü verdiyini, evi satmaq üçün zəng vurduğumu dedim. Sonra da hadisələr oldu”.

Şahid Natəvan Vəliyeva (ad şərtidir) məhkəmədə ifadə verməkdən imtina edib. Buna görə ibtidai istintaq zamanı verdiyi ifadəsi zalda elan edilib:

“Eşqinlə 2019-cu ildə ailə həyatı qurduq. Əvvəllər Göygöldə yaşayırdıq, sonra isə Gəncə şəhərinə köçdük. Əsədi də köçən zaman tanıdım. Əsəd evini satırdı, atamın alması üçün danışmaq məqsədilə nömrəmi verdim. Eşqinə zəng çatmayanda mənimlə əlaqə saxlamasını dedim. Əsədlə 2-3 dəfə telefonla əlaqə saxladıq və danışıqlarımız evlə bağlı olub”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nicat Bayramov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər