Gəncədə bir nəfər narkotikə görə saxlanılıb.
Oxu.az-ın verdiyi məlumata əsasən, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşları axtarış tədbirləri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini Kəmaləddin Qasımov saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinib.
Qasımovun üzərinə baxış keçirilən zaman 2 kiloqram 350 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.