Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov parataekvando idman növü üzrə dünya, Avropa, beynəlxalq turnirlərin çempionu, o cümlədən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovla görüşüb.
Gencexeber.az İcra Hakimiyyətinə istinadən məlumat verir ki, Niyazi Bayramov İmaməddin Xəlilovu Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, idmançının məşqçisi Arif Xəlilov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.