Gəncədə fəaliyyət göstərən aktyorların qastrol səfəri baş tutacaq.
Gencexeber.az Gəncə Dövlət Milli Dram Teatrına istinadən məlumat verir ki, incəsənət ocağının truppası Bakıya yollanacaq.
Aktyorlar Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Ə.Nesin "Toros canavarı" əsərini səhnəyə qoyacaqlar. Tamaşa oktyabrın 30-u saat 19:00-da təşkil olunacaq.