Gəncədə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəhər sakini tutulub. Bu haqda yanvarın 19-u Trend.az-a istinadən məlumat veririk.
Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Bəxtiyar Əhmədov ələ keçirilib. Aparılan istintaq zamanı şəhər ərazisindəki yaşayış olmayan evlərin birindən onun gizlətdiyi bir ədəd yivli "TOZ-8" tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.