top
Əməkdar rəssam: “Zülfüqar” qılıncının ən gerçək prototipi Gəncədədir” – ÖZƏL MÜSAHİBƏ
07 fevral 2025, 17:30
- ↺ +

Əməkdar rəssam: “Zülfüqar” qılıncının ən gerçək prototipi Gəncədədir” – ÖZƏL MÜSAHİBƏ

 

Gencexeber.az-ın bugünkü müsahibi Əməkdar rəssam, bədii metal sənətini yaşadan Mübariz Əkbərovdur.

Müsahibəni təqdim edirik:

- Mübariz bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Gəncə şəhərində dünyaya göz açmışam. 70 yaşım var.  Kiçik yaşlarımda uşaq bağçasına getdiyim zamanlardan rəsm çəkməyə marağım var idi. Müəlliməm məndə o həvəsi yaratdı. IV sinifdə oxuyan zaman Uşaq Rəssamlıq Məktəbində dərs almağa başladım. Dörd il orada təhsil aldım. Daha sonra Rəssamlıq Texnikumunda təhsilimi davam etdirdim. Oranı bitirəndən sonra hərbi xidmətə yollandım. Beş il Rəssamlıq Akademiyasında təhsil aldım. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm.

- Necə oldu bədii metal sənəti ilə məşğul olmaq qərarına gəldiniz?

- Bu da rəssamlığın bir qoludur. Uşaqlıqdan məşğul olmuşam. İlk dəfə sərgidə bir işimi nümayiş etdirdim. Bir xəncər hazırlamışdım. Həmin iş Azərbaycandan Danimarkaya aparıldı. Daha sonra onu Moskvaya göndərdilər.

- Bu sənətdə istifadə olunan ənənəvi alətlər və texnikalar nələrdir?

- Ağacın üstündə gümüşü həkk etməyi hər adam bacarmır. Kim baxır, inanmır. Onun da sirləri var.

- Bədii metal sənətinin ən çətin tərəfi nədir?

- Çox çətin sənətdir. Fikirləşmək ən çətin tərəfidir. Bir ideya gəlir, eskiz üzərində edirsən. Ondan sonra da yavaş-yavaş ərsəyə gəlir. Əziyyətli sənətdir. Çox vaxt gümüşdən hazırlayıram.

- Kiçik emalatxanada xəncər, qılınc, beybud, yamən, şpaqa, kukri və digər silah növlərini hazırlamaqla məşğulsunuz. Bu barədə danışardınız.

- 20 ildir ki, “Zülfüqar” qılıncının forması və onun üzərində hansı naxışların olduğu haqqında araşdırmalar aparırdım. Bir çox ölkələrin muzey işçiləri, ədəbiyyatçıları və din xadimləri ilə söhbət etmişəm. Araşdırmalarım nəticəsində belə qərara gəlmişəm ki, “Zülfüqar” qılıncının uc hissəsi daxildən ikitərəflidir. Bunun isə bir çox üstünlükləri var. Bir çox mənbələrdə isə qılınc ikihaçalı təsvir olunur. Məncə bu, yanlış fikirdir, çünki fiziki olaraq ikihaçalı qılıncı idarə etmək çox çətin olar. Uzun araşdırmalardan sonra bir il ərzində polad və gümüşdən “Zülfüqar”ı ərsəyə gətirdim. Qınını İslamın müqəddəs daşlarından sayılan əqiq və naxışlarla bəzədim. Qılıncın üzərində isə ərəb dilində “Əli kimi igid, Zülfüqar kimi qılınc yoxdur” sözləri yazılıb. Qılıncın təxmini qiyməti əlli min manatdan yuxarıdır.

Ümummilli lider Heydər Əliyev də demişdi ki, “sən “Zülfüqar” qılıncını hazırlaya  bilərsənmi?” Bu sözlər beynimdən çıxmırdı. 20 il sonra sanki Allah tərəfindən vəhy gəldi ki, dur, elə - alınacaq! Bir il üzərində işlədim. Çox gözəl alındı. “Zülfüqar” qılıncının ən gerçək prototipi Gəncədə bizim evdədir. Nə qədər pul təklif etsələr də, satmadım. Dua etmək üçün gələnlər də var.

- Bir iş nə qədər vaxta ərsəyə gəlir?

- Müxtəlif vaxtlara ərsəyə gələ bilər.

- Hazırda hansı növ işlər və ya layihələrlə məşğul olursunuz?

- İrəvan xəncəri üzərində çalışıram. Çox gözəl bir xəncərdir. Yaşlı bir kişi yaxınlaşdı, təsvir etdi, mən də eskiz kimi hazırladım.

- Bədii metal sənətini gələcək nəsillərə ötürmək istəyirsiniz?

- Heyif bu sənətdən. Bu sənət sanki Allah tərəfindən bizə hədiyyə olunub. Amma indi işləməyə yerim yoxdur.

- Tələbələriniz varmı?

- Yerimiz olmadığından tələbə hazırlaya bilmirəm. Şagirdlərim lap əvvəl olub. Ümumiyyətlə istəyirəm ki, bu sənət ölməsin. Düzdür, bacarığı olmayana özünü öldürsən də nə isə öyrətmək mümkünsüzdür. İstədiyim tələbə də hələ yoxdur. Biri Baltikyanı ölkədədir, digəri isə Moskvadadır. Bizdə bədii metal sənətinə diqqət edən yoxdur.

- Gəlir əldə edə bilirsinizmi?

- Bəli, dolanmaq üçün əl işlərimi satıram. Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan üçün sifariş veriblər. Onu da hazırlayıram.

- Xarici ölkələrdə sərgiləriniz olubmu?

-  2001-ci və 2004-cü illərdə Gəncədə, 2003-cü ildə Bakıda fərdi sərgilərim təşkil olunub. Əsərlərim Türkiyə, Almaniya, İngiltərə, Fransa və Rusiya kimi bir çox xarici ölkələrdə nümayiş olunub, əl işlərim məşhur muzeylərdə və fərdi kolleksiyalarda saxlanılır.

- Gəncəlilərin bu kimi əl işlərinə marağı necədir?

- Maraq hər zaman var.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
29 sentyabr 2026, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
29 sentyabr 2026, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
29 sentyabr 2026, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
29 sentyabr 2026, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
29 sentyabr 2026, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
29 sentyabr 2026, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Oxşar xəbərlər