top
Dörd il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu
11 oktyabr 2024, 00:05
- +

Dörd il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

 

11 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni dördüncü dəfə raket atəşinə tutub.

Gencexeber.az məlumat verir ki, gecə saat 02:00-da atılan raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış ərazisinə düşərək binaları dağıdıb. Nəticədə dinc sakinlərdən 10 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Bu raket hücumları nəticəsində 31 mənzil tamamilə uçub, hadisə yerindəki və onun yaxınlığındakı obyektlərə ciddi ziyan dəyib. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, şəhər Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələri tərəfindən “Skad” tipli ballistik raketlərlə atəşə tutulub.

Ümumilikdə (4, 5, 8, 11 və 17 oktyabr tarixlərində) Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər həlak olub, 29-u uşaq olmaqla 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Göygöldə qanunsuz tikintinin qarşısı alınıb

Bizim fəxrimiz
Dünən, 17:00

Gəncəli cüdoçu qızıl medal qazanıb

Bütün xəbərlər
Dünən, 16:19

Gəncədə bu bazarda nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 15:39

"Kəpəz" bu futbolçunu komandada saxlamaq istəyir

Bütün xəbərlər
Dünən, 15:02

Tanınmış GƏNCƏLİ həkim işdən çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:25

Dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:47

Bazar günü 55 mindən çox şagird imtahan verəcək

Bütün xəbərlər
Dünən, 13:09

6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Bütün xəbərlər
Dünən, 12:51

Ötən il Gəncədə 2164 körpə doğulub

Bizim fəxrimiz
Dünən, 12:15

Məktəbli Mançester Universitetinə qəbul olub

Bütün xəbərlər
Dünən, 11:41

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 243 mobil telefon aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:42

Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Bütün xəbərlər
Dünən, 09:52

Beşdən çox uşağı olan 3 minə yaxın qadın var

Bütün xəbərlər
Dünən, 09:00

Gəncəlilər AVTOBUS gözləyərkən İSLANIR

Bütün xəbərlər
21 aprel 2026, 18:00

Azərbaycanda satılan "Halal" markalı donuz kolbasası

Bütün xəbərlər
21 aprel 2026, 17:37

ADAU-nun əməkdaşı ALİM oldu

Bütün xəbərlər
21 aprel 2026, 16:58

Gəncədə 58 yaşlı kişi iş yerində ölüb

Bütün xəbərlər
21 aprel 2026, 16:36

İcra məmurlarının hüquqları genişləndirilir

Bütün xəbərlər
21 aprel 2026, 16:00

74 yaşlı kişinin boynunu şifer kəsdi, öldü

Bütün xəbərlər
21 aprel 2026, 15:13

Sabah 22 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 aprel 2026, 14:41

Bu hotellərdə monitorinqlər keçirilib

Bütün xəbərlər
21 aprel 2026, 14:06

Yeniyetmə onu döyən həmyerlisini bıçaqladı

Bütün xəbərlər
21 aprel 2026, 12:02

Gəncədə ər arvadını baltaladı

Bütün xəbərlər
21 aprel 2026, 11:18

Gəncədə "BakuBus"ın avtobusu ilə "Kia" toqquşub

Oxşar xəbərlər