top
DƏHŞƏT: Qadınları cinsi istismar edən SEVİL TUTULDU
07 dekabr 2024, 17:00
- ↺ +

DƏHŞƏT: Qadınları cinsi istismar edən SEVİL TUTULDU

 

Kəndindəki qızları İrana aparıb, fahişəliyə məcbur edən ağstafalı qadın həbs edilib.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilib.

Belə ki, Sevil Osmanova (ad şərtidir) 1978-ci ildə Ağstafa şəhərində doğulub. O, tamah niyyəti ilə 2016-cı ilin iyun ayının sonlarında eyni kənddə yaşayan Aysel Əliyeva (ad şərtidir) ilə danışıb. Sevil Osmanova Ayselə İran İslam Respublikasının Tehran şəhərində iş təşkil edəcəyini vəd edib. Ayseli aldatmaqla cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün çalışıb. Aysel iyulun 9-da sərhədi Astara nəzarət-buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasının Tehran şəhərinə gəlib. Sevil Ayseli orada qarşılayıb və öncədən tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə onun pasportunu götürüb özündə saxlayıb. Həmin gündən etibarən müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib. Bundan başqa, təkrarən tamah niyyəti ilə 2020-ci ilə qədər Günel Quliyeva (ad şərtidir) və Banu Qasımovanı (ad şərtidir) bu üsulla aldadaraq İranda cinsi istismara məcbur edib. Qızlar razı olmayanda kişi müştərilərlə cinsi əlaqədə olmaqları barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu gəlib.

Sevil Osmanova Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü (Cinsi istismar, insan alveri) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sevil Osmanova ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Banu, Aysel və Günellə onlar fahişəliklə məşğul olarkən tanış olub:

“Heç bir cinayət etməmiş, özüm fahişəlik edərək, bədənimi satıb, övladlarımı saxlamışam. 2016-cı ildə Dubayda olarkən tanıdığım Məleykə adlı qadın var idi. Onun İranın Tehran şəhərində olduğunu öyrəndim. Məleykə orada qadınları fahişəliyə cəlb etməklə məşğul olurdu. Mən də bu yolu seçdim. Fahişəliklə məşğul olmaqla qazanc əldə etmək məqsədi ilə İrana Məleykənin yanına getdim. İranda əvvəllər Məleykə məni ayrı-ayrı kişilərlə cinsi əlaqədə olmaqla fahişəliyə cəlb etdi. Sonralar isə özüm müştərilərin telefon nömrələrini götürərək müstəqil olaraq fahişəliklə məşğul olmağa başladım.

2020-ci ilədək mütəmadi olaraq İrana gedib-gəlmişəm. İranda olduğum müddətdə orada fahişəliklə məşğul olan Kəmalə, Səbinə, Dəniz, Muna, Nuray və Nərgiz adlı qadınlarla tanış olmuşam. Ayseli isə 2016-cı ildə başqa adam vasitəsi ilə tanımışam. Ayselə Diana deyə müraciət edirdik. Mən İranda olanda Aysel də İranda idi. O, Zeynəb adlı qadının vasitəsi ilə fahişəlik edirdi”.

Onun sözlərinə görə, Aysel bir gün zəng edərək onlarla qalmaq istədiyini deyib:

“Mən Şirin adlı qadınla eyni evdə qalırdım. Aysel zəng edərək bizimlə qalmaq istədiyini dedi. Mən də razılaşdım. 3-4 gün sonra Aysel Azərbaycana qayıtdı. Həmin vaxtdan onunla əlaqəm olmayıb. Bundan sonra 2019-cu ildə Aysel sevgilisi Səyyarla Tehranda mənimlə Bəhramın yaşadığımız evə gəldi. Mənim Bəhramla dini nikahımız var idi.

Digər qızlarla da eyni hal yaşanıb. Hamısı xidmətçi işləyirdilər, çox pul qazanmaq üçün bu yola gəlmək istədilər. Hər hansı bir şəxsi fahişəliyə cəlb etməmişəm. Hər bir qadın cinsi əlaqədə olmağın müqabilində öz müştərisindən pulu özü alıb”.

Məhkəmədə dindirilən zərərçəkmiş Aysel Əliyeva ifadəsində göstərib:

“Təxminən 2016-cı ildə yayda Sevil adlı qadın işlədiyim kafeyə gəldi. İrana gedib-gəldiyini, orda restoran işlətdiyini, işində dürüst olan xidmətçi axtardığını dedi. Məni ora dəvət etdi, maddi vəziyyətim aşağı olduğu üçün təklifini qəbul etdim. İrana gedəndə Sevil məni qarşıladı. Özünün evinə apardı. Sevil mənə içki və yemək təklif etdi. İçki içdikdən sonra ürəyim bulandı və huşumu itirdim. Bir neçə saat sonra ayılanda çılpaq idim və yanımda iranlı bir kişi vardı. Qışqırmağa başlayanda Sevil mənə şillə vurdu, sakitləşməyimi istədi. Dedi ki, onun nəzarəti altında müxtəlif kişilərə intim xidmət göstərəcəm. Pasportumu əlimdən almışdı. Mənə tanımadığım şəxslə anlaqsız vəziyyətdə cinsi əlaqədə olduğum videonu göstərdi və “gedə bilirsənsə, get” dedi. Bununla da Sevil məni gün ərzində 5-6 kişi ilə cinsi əlaqədə olmağa məcbur etdi.

Bir neçə gün sonra Sevil pasportumu verib, Azərbaycana qayıtmağımı tapşırdı. Mənə hədə-qorxu gəldi ki, Azərbaycanda polisə bu barədə məlumat versəm, videolarımı yayacaq. Bir gün İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlanıldığını bildim, bundan sonra ərizə ilə müraciət etmək qərarına gəldim”.

Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verilərək Sevil Osmanovanın başqa qadınları aldatma və hədə-qorxu ilə məcbur edərək İranda cinsi istismar etməsi sübuta yetirilib. Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Sevil Osmanova cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Sevil Osmanova 5 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər