Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, bəzi yerlərdə güclü qərb küləyi əsib.
Gencexeber.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin sürəti Daşkəsəndə 15 m/s-dək güclənib. Bu isə sarı xəbərdarlığa uyğundur.
Havanın minimal temperaturu isə Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.