Bu gün Əməkdar artist Teymur Əmrahın 53 yaşı tamam olur.
Gencexeber.az məlumat verir ki, Əməkdar artist oktyabrın 8-i 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olublar.
1985-ci ildə Ümumittifaq Estrada müsabiqəsində laureat olub. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir. 2012-ci ilin sentyabrın 14-də Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb.