top
Bu, Gəncə boksu üçün rüsvayçılıqdır - Ramal Amanov
25 noyabr 2025, 14:57
- +

"Bu, Gəncə boksu üçün rüsvayçılıqdır" - Ramal Amanov

Yaxın keçmişdə onun adı ölkənin həvəskar boksunda xüsusi yer tuturdu. O, 20 yaşında kubalı Yordenis Uqasa yalnız finalda uduzaraq həvəskar boksçular arasında dünya çempionatının gümüş mükafatçısı olmuşdu. Daha sonra qazandığı bütün imtiyazlara baxmayaraq, cəmi 26 yaşında həvəskar boks karyerasını dayandırdı. Bəs hazırda ABŞ-də yaşayan Ramal Amanov nə ilə məşğuldur?

İdman.biz vətəndə olan Ramal Amanovdan müsahibə götürüb.

- Ramal, boksda ulduzunuz necə parlamışdısa, elə də tez sönmüşdü. İstər həvəskar, istərsə də peşəkar boksda. Niyə belə oldu?

- Həvəskar boksla bağlı bütün problemlər 2007-ci il dünya çempionatından sonra başladı. Mən orada olimpiya lisenziyası qazana bilmədim. Tək mən yox, həmin vaxt komandamız demək olar ki, tam şəkildə uğursuzluğa düçar oldu. Daha sonra federasiya rəhbərlərindən biri toplantıda məni hamının qarşısında təhqir etdi. Yəqin ki, dünya çempionatının finalçısı olduğum üçün bütün ümidlər mənə idi və o an sadəcə zərbə altına düşdüm. Mən də hamının qarşısında ona cavab verdim. Bundan sonra məni boksdan uzaqlaşdırmağa başladılar.

- Amma siz digər turnirlərdə də lisenziya qazana bilmədiniz. Sonra yenidən Azərbaycan çempionu oldunuz və yenə uduzdunuz - 2010-cu il Avropa çempionatında…

- Eyni zamanda, 2011-ci ildə keçirilən ev dünya çempionatına da düşə bilmədim. Boksdan ayrıldım və Rusiyada bizneslə məşğul olmaq qərarına gəldim.

- Amma sonra yenidən qayıtdınız, bu dəfə peşəkar boksa.

- Moskvada tanışlarım məni qayıtmağa razı salırdı. Uzun müddət tərəddüd etdim, ta ki, 1988-ci ilin olimpiya çempionu Vyaçeslav Yanovskiylə tanış olana qədər. O, mənə özümə inamı qaytardı, vurğulayırdı peşəkar boksa yaxşı nəticə göstərə bilərəm.

- Və siz nəticə göstərməyə başladınız…

- Bəli, elə də oldu. Amma yenə bəxtim gətirmədi. Bir neçə ardıcıl qələbədən sonra mənə Azərbaycan yox, Rusiya bayrağı altında çıxış etməyi təklif etdilər və mən buna qəti şəkildə etiraz etdim. Cavab olaraq mənimlə əməkdaşlıqdan imtina etdilər.

- Bəs Azərbaycan? Ölkəmizdə həm həvəskarlarda dünya çempionatının gümüş mükafatçısı, həm də peşəkar səviyyədə uğurla çıxış edən idmançı ilə maraqlanmadılar?

- O vaxt bizim hətta peşəkar boks federasiyamız belə yox idi! Kim mənimlə maraqlanacaqdı ki? Ona görə ABŞ-yə getməyə və karyeranı üçüncü dəfə sıfırdan başlamağa məcbur oldum.

- Və siz birbaşa Corc Formanın yanına düşdünüz…

- Dünya boksunun belə bir əfsanəsinin rəhbərliyi altında məşq etmək kimi ən böyük arzunun gerçəkləşməsi idi. Onun metodlarından şoka düşmüşdüm. Qısa müddətdə 63,5 kq çəkidə WBO versiyasına görə dünyanın ən yaxşı 15 boksçusundan biri oldum.

- Deməli, peşəkar boksda da vətəndə sizinlə maraqlanan olmayıb?

- Təəssüf ki, bəli. Üstəlik, karyeramı başa vuranda - hətta məşhur "Madison Square Qarden" arenasında da döyüş keçirməyə imkan tapdım… Məndən əvvəl və məndən sonra orada heç bir azərbaycanlı boksçu orada çıxış etməyib.

- İndi vəziyyət necədir? Harada işləyirsiniz?

- Heç yerdə… Belə çıxır ki, məşqçi kimi də öz ölkəmə lazım deyiləm. Halbuki karyeram bitdikdən sonra məni Hyustona və Mayamiyə dəvət etmişdilər, amma mən Azərbaycana qayıtmaq qərarına gəldim. Düşünürdüm ki, faydalı ola bilərəm,hətta, doğma Gəncədə belə mənə yer tapılmadı. Məqsədim doğma şəhərimdə boksu inkişaf etdirmək idi. Gəncədə uzun müddətdir ki, nəinki böyük beynəlxalq yarışların qalibləri, hətta Azərbaycan çempionları belə yoxdur. Halbuki burada "ştatda" 40-dan çox boks məşqçisinin olduğu göstərilir. Lakin bu sadəcə saydır, nəticə verən maksimum iki-üç nəfərdir. Bu, Gəncə boksu üçün həqiqətən də rüsvayçılıqdır.

- Bəlkə buna görə artıq uzun illərdir ki, milli komandanı əcnəbi mütəxəssislər çalışdırır?

- Xeyr, mən belə hesab etmirəm. Mən deyirəm ki, Gəncədə real işləyən məşqçilər yoxdur, amma bu, bütün Azərbaycana aid deyil. 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədəki yapon ən çox quzu ətini sevir

Bütün xəbərlər
Dünən, 17:07

Bu məktəblər gələn ildən distant təhsilə keçəcək

Bütün xəbərlər
Dünən, 16:27

33 yaşlı kişi ilə evlənmək istəyən yeniyetmə: "Dağda tanış olmuşuq…"

Bütün xəbərlər
Dünən, 15:47

"Acınacaqlıdır ki, qadınlarımız da siqaretdən istifadə edir" - Deputat

Bütün xəbərlər
Dünən, 14:28

Amnistiya ilə cəzası 6 ay azaldılacaq məhkumların dairəsi

Bütün xəbərlər
Dünən, 13:43

ADAU-da əczaçı tələbələr üçün yarmarka keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:32

Gəncədə minik maşını qoyunu vurub

Bütün xəbərlər
Dünən, 13:00

Gəncədə suşidən çıxan balıq sümükləri müştərinin boğazında qalıb - İDDİA

Bütün xəbərlər
Dünən, 12:13

Bacısını narahat edən şəxsi öldürmək istəyənlə bağlı qərar

Bütün xəbərlər
Dünən, 11:33

14 yaşlı qızını ərə vermək istəyən ana danışdı - YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 09:57

Sabiq baş nazirin birinci müavini axtarışa verilib

Bütün xəbərlər
Dünən, 09:23

Maşın aşıb, sürücü ölüb

Bütün xəbərlər
15 dekabr 2025, 18:00

Prezident İlham Əliyev Füzuli Musayevi təltif edib

Bütün xəbərlər
15 dekabr 2025, 17:16

Goranboyda bıçaqlanma olub

Bütün xəbərlər
15 dekabr 2025, 17:07

Gəncədə terror törətməyə cəhd edən erməninin məhkəməsi keçirilir

Bütün xəbərlər
15 dekabr 2025, 16:47

Gəncədə küçədə kişi meyiti tapılıb

Bütün xəbərlər
15 dekabr 2025, 16:03

İnsan alverində günahlandırılan qadınla bağlı qərar

Bütün xəbərlər
15 dekabr 2025, 15:27

Qış fəslinin GƏNCƏYƏ daxil olma vaxtı açıqlanıb

Bütün xəbərlər
15 dekabr 2025, 13:51

ADAU-da Açıq Qapı günü keçiriləcək

Bütün xəbərlər
15 dekabr 2025, 13:17

Sabah yollar buz bağlayacaq - PROQNOZ

Bütün xəbərlər
15 dekabr 2025, 12:41

Kimlərə iki dəfə çox maaş ödəniləcək?

Bütün xəbərlər
15 dekabr 2025, 12:02

Gəncəli yeniyetmə dünya və Avropa rekordlarını qırdı

Bütün xəbərlər
15 dekabr 2025, 11:22

Gəncə Hava Limanında ÖLÜM

Bütün xəbərlər
15 dekabr 2025, 10:57

Gəncə şəhər MKTİB: "Əməkdaşlar zibilləri ağacların dibində yandırmayıblar"

Oxşar xəbərlər