Dekabrın 17-18-də qərb bölgəsində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Bu barədə Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, Gəncə, Göygöl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Yevlax və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.