top
Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ
17 dekabr 2024, 17:04
- ↺ +

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

 

Azərbaycanın bir çox yeniyetmə idmançısı var. Onlar müxtəlif beynəlxalq yarışlarda iştirak edərək ölkəmizin bayrağını ucaldırlar, əzmkarlıq, zəhmət və istedadla çalışaraq həm ölkə daxilində, həm də beynəlxalq arenada daha böyük uğurlar qazanmağa çalışırlar. Azərbaycanda populyarlaşan idman növlərindən biri də gimnastikadır.

Gencexeber.az-ın əməkdaşı şəhid Eltay Quliyevin qızı, Milli Gimnastika Arenasında keçirilən “Qış möcüzəsi” adlı beynəlxalq gimnastika yarışında 1-ci yer qazanan Gülnur Əşrəfli ilə həmsöhbət olub.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

Müsahibəni təqdim edirik:

- Gülnur, öncə özün haqqında məlumat verməyini istərdim.

- Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 5-ci sinfində təhsil alıram. 11 yaşım var. Gəncədə yaşayıram.

- “Qış nağılı” beynəlxalq gimnastika yarışında 1 ci yer qazanmısan, bu haqda danışmağını istərdim.

- “Pro Sport”un təşkil etdiyi “Qış möcüzəsi” 8-ci ritmik gimnastika yarışında iştirak etdim. “2014 C Light” kateqoriyası üzrə 1-ci yerə layiq görüldüm. Bu birinciliyim ailəmə yeni il hədiyyəsi oldu. Əlavə olaraq “Will to win” nominasiyasına da layiq görüldüm.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

- Necə oldu ki, bu idman növü ilə məşğul olmaq qərarına gəldin? Neçə ildir məşğulsan?

- Uşaq vaxtı çox aktiv olmuşam və valideynlərim hər zaman “səni gimnastikaya qoyacağıq” deyiblər. Atam şəhid olduqdan sonra hər bir vətənpərvər kimi Yeganə müəllimə də ziyarətə gəlmişdi. Anamla söhbət əsnasında aydın oldu ki, Yeganə xanım uşaqlara gimnastika dərsi keçir və yarışlara aparır. Elə o vaxtdan artıq 4 ildir ki, gimnastika ilə məşğul oluram. Dəfələrlə yerli və beynəlxalq yarışlarda iştirak etmişəm.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

- Ailədə səndən başqa idmanla məşğul olan varmı?

- Bəli, var. Qardaşım “Kəpəz” klubunda futbolla məşğul olur.

- Bu idman növünü seçməyinin əsas səbəbi nə idi?

- İlk olaraq atam və anamın istəyi, sonra isə məşqçinin peşəkarlığı mənim məhz gimnastikanı seçməyimə səbəb oldu.

- Gimnastika ilə məşğul olarkən qarşılaşdığın ən böyük çətinlik nə olub?

- Məşqlərə başlayanda çətinliyim olub. İlk məşqlərdə çox yorulurdum.

- Gimnastikaya başlamağı düşünən gənc qızlara hansı məsləhətləri verərdin? Çünki bəzi ailələr var ki, qızının idmanla məşğul olmağına icazə vermir.

- Gimnastika demək olar ki, bədən sağlamlığı üçün ən yaxşı idman növüdür. Bu idman növü ilə məşğul olmaq qızlar üçün ən doğru seçimdir.

- Gimnastika sənə həyatında nələri öyrədib?

- Sağlam həyat tərzi, qaydalara əməl etmək bacarığı.

- Gimnastikada ən böyük uğurun nə olub?

- Düşünürəm ki, gimnastika ilə məşğul olmaq və müxtəlif nailiyyətlər qazanmaq  elə uğurdur.

- Ən böyük dəstəkçin kim olub?

- Ailə üzvlərim - nənəm, babam və anam.

- Gələcəkdə təhsilini hansı sahə üzrə davam etdirməyi düşünürsən? İdman üzrəmi?

- Gələcəkdə gimnastika üzrə məşqçi olmaq istəyirəm. Baxmayaraq ki, eyni zamanda həm də musiqi məktəbində təhsil alıram. Ancaq seçimim idmandır.

- Ən böyük arzun nədir?

- Ən böyük arzum uğurlarımla xarici ölkələrdə himnimizi səsləndirməkdir.

- Atan bu günlərini görsəydi sevinərdi…

- Bəli, sevinərdi. Amma mən atamı hər uğurumda yanımda hiss edirəm. Atam yanımda olsaydı, ən böyük dəstəkçim o olardı.

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

- Olimpiadada iştirak etməyi düşünürsənmi?

- Olimpiada idmanla məşğul olan hər uşaq və gəncin arzusu olduğu üçün mənim də arzularımdan biridir.

Nəzrin Vahid

Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ Beynəlxalq yarışın qalibi olan şəhid qızı: “Hər uğurumda atamı yanımda hiss edirəm” – ÖZƏL MÜSAHİBƏ

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər