top
Azərbaycanın ilk qadın akademikinin vəfatından 44 il ötür
12 dekabr 2024, 11:30
- ↺ +

Azərbaycanın ilk qadın akademikinin vəfatından 44 il ötür

 

Validə Xasbulat qızı Tutayuq 23 sentyabr 1914-cü ildə Şuşa şəhərində anadan olub.

1934-cü ildə Gəncədəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) meyvə-tərəvəzçilik fakültəsini bitirən Tutayuq 1939-cu ildə fəlsəfə doktoru dərəcəsini alıb və universitetdə çalışmağa başlayıb. O, 1939-1957-ci illərdə Kənd Təsərrü­fa­tı İnstitutunun Botanika kafedrasının mü­diri, 1954-1957-ci illərdə elmi işlər üzrə direktor müa­vini, 1962-1980-ci illərdə isə Botanika və selek­siya kafedrasının müdiri işləyib.

Tutayuq 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir,  1969-cu ildə isə həqiqi üzvü seçilib. Validə Tutayuq anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoyub. Alim 130 elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 4 dərs­liyin müəl­lifidir. O “Azərbaycan florası”nın 7-ci və 8-cı cildlərini, “Azərbaycanın ağac və kolları” ikicildliyini, “Qafqazın dendrologiyası” çoxcildliyinin 5-ci və 6-cı cildlərini yazan müəllif­lərdən biri olub. Onun “Bitki anatomiyası və morfologiyası”, “Bitki anatomiyası və fiziologiyası” dərs vəsaitlərindən indi də ali məktəblərdə istifadə edilir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və 3 elmlər dok­toru hazırlayıb.

Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin deputatı seçilib. O, “Şərəf nişanı” ordeni, Respub­likanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib, Əməkdar elm xadimi adına layiq görülüb.

Şuşanın Cıdır düzünün “xarı bülbül” adlanan bitkisinin bioekoloji xüsusiyyətləri ilk dəfə Tutayuq tərəfindən öyrənilərək elmi məqalə formasında çap olunub. Bundan sonra bütün dünya botanikləri bu nadir bitkinin məhz Şuşa endemi olduğunu qəbul ediblər. Hətta Validə xanım və bəstəkarımız Fikrət Əmirov birgə “Xarı bülbül” adlı opera yazmağa başlayıblar, ancaq ölüm hər iki korifeyin işini yarımçıq qoyub.

Validə Tutayuq 12 dekabr 1980-ci ildə vəfat edib və Gəncənin Fəxri xiyabanında dəfn edilib.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər