SOCAR-ın “Azəriqaz” İB rəhbərliyi Şəmkir rayonunda vətəndaş qəbulu keçiriləcək.
Gencexeber.az "Azəriqaz" İB-yə istinadən bildirir ki, görüş oktyabrın 11-i saat 12:00-da Gənclər Evində (Heydər Əliyev prospekti, 60) baş tutacaq. Burada Şəmkir və Gədəbəy rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat üçün Şəmkir Regional qaz istismarı İdarəsinin (050) 845 77 11; (050) 845 77 00 nömrələri ilə əlaqə saxlamaq mümkündür.