top
AXC-nin ilk hərbi attaşesinin vəfatından 67 il ötür
20 iyul 2026, 08:57
- +

AXC-nin ilk hərbi attaşesinin vəfatından 67 il ötür

Məmmədqasım Hüseyn bəy oğlu Əliyev 10 fevral 1882-ci ildə Gəncə şəhərində məmur ailəsində anadan olub.

Gencexeber.az məlumat verir ki, o, 1898-ci ildə şəhərin 8 illik məktəbini, 1899-1902-ci illərdə Tiflis Geodeziya Məktəbini bitirib. Əliyev 1905-ci ildə Sankt-Peterburqda Hərbi Topoqrafiya Məktəbini "podporuçik" hərbi rütbəsində bitirərək hərbi topoqrafiya korpusuna daxil edilir.

Əliyevin çar ordusunda hərbi topoqraf olduğu müddətdə Finlandiyanın, Sankt-Peterburq quberniyasının, Şimali Manjuriyanın, Qrodnenski, Volınski və Kiyev quberniyalarının topoxəritələrinin hazırlanmasında iştirak edib. 1908-ci ildə o, Tiflisdəki Qafqaz hərbi topoqrafiya şöbəsinə göndərilib. Hərbi topoqrafiya sahəsindəki xidmətlərinə görə 1914-cü ildə Əliyev 2-ci dərəcəli müqəddəs Stanislav ordeni və "kapitan" rütbəsinə layiq görülüb.

Əliyev 1918-ci ildə Cümhuriyyət Ordusunda həqiqi hərbi xidmətə qəbul edilib və Hərbi Nazirliyin Hərbi topoqrafiya bölməsi rəisi vəzifəsinə təyin olunub. O, 1919-cu ildə naməlum səbəblərə görə Cümhuriyyət Ordusu sıralarından tərxis edilir. Lakin 18 fevral 1919-cu ildə Əliyev AXC-nin Gürcüstan Respublikasındakı Diplomatik Missiyasında Hərbi attaşe vəzifəsinə təyin edilib.

Həmin dövrdə Məmmədqasım bəy Cümhuriyyət ordusunun yüksəkixtisaslı təcrübəli zabitlərlə təmin edilməsi üçün fəaliyyət gösrətib. O, Gürcüstan ordusundan və Gürcüstanda yaşayan ehtiyatda olan, müsəlman dininə mənsub və digər millətlərdən olan yüksəkixtisaslı təcrübəli zabitlərin Cümhuriyyət ordusunda hərbi xidmətə qəbulunda iştirak edib. Hərbi Nazirlik onun xidmətlərini qiymətləndirərək Əliyevə 1919-cu ildə "polkovnik" rütbəsi verib. O, AXC-nin süqutuna kimi Cümhuriyyət Ordusunun ilk və yeganə hərbi attaşesi idi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əliyev hərbi mütəxəssis kimi Qızıl Ordu Topoqrafiya İdarəsinin rəis müavini və Topoqrafiya Məktəbinin rəisi olub. O, həmçinin Yer quruluşu texnikumunda, Politexnik, Coğrafiya institutlarında yüksək vəzifələr icra edib. Əliyev Azərbaycan dilində ilk geodeziya dərsliyinin müəllifidir.

Məmmədqasım Əliyev 20 iyul 1967-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
19 sentyabr 2026, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
19 sentyabr 2026, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Bütün xəbərlər
18 sentyabr 2026, 17:06

Çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:34

AFFA Gəncədə məşqçilik kursu təşkil edəcək

Bütün xəbərlər
18 sentyabr 2026, 15:56

Bu xəstəlik Azərbaycanda sürətlə artır – RƏSMİ RƏQƏMLƏR

Bütün xəbərlər
18 sentyabr 2026, 15:15

"Turan Tovuz"un qapıçısı Azərbaycan millisinə qarşı oynaya bilər

Bütün xəbərlər
18 sentyabr 2026, 14:39

"Sən arvadının canı, təmiz yu" sözünə görə d*va düşdü - 3 illik cəza

Bütün xəbərlər
18 sentyabr 2026, 14:05

Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Oxşar xəbərlər