top
Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ
11 dekabr 2024, 14:30
- +

Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ

 

Son illərdə xaricdə yaşayan həmyerlilərimizin sayı artıb. Bu artım həm sosial, həm də iqtisadi baxımdan önəmli dəyişikliklərə yol açır. Azərbaycan dövləti, xaricdəki azərbaycanlıları dəstəkləyərək, onların milli kimliklərini qorumağa, ölkə ilə əlaqələrini gücləndirməyə çalışır.

Bir çox azərbaycanlı gənc xaricdə təhsil almağa üstünlük verir. Bu, həm peşəkar inkişaf, həm də gələcəkdə daha yaxşı iş imkanları əldə etmək məqsədilə həyata keçirilir. Xarici ölkələrdə təhsil alan tələbələr təhsil aldıqları sahədə daha geniş perspektivlər qazanır və çox zaman orada qalmağa və iş tapmağa davam edirlər.

İnternetin və sosial medianın artan təsiri, həmçinin informasiya mübadiləsi vasitələri, azərbaycanlıların müxtəlif ölkələrdəki imkanlardan xəbərdar olmalarını təmin edir. Bu, onlara xaricdə yaşamağa və işləməyə dair daha çox məlumat və dəstək verir.

Gencexeber.az-ın əməkdaşı Almaniyada yaşayan, “Deutz-Fahr” şirkətinin biznes direktoru Fərrux Zeynalov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Fərrux bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1988-ci il aprelin 29-da Gəncə şəhərində anadan olmuşam. 2005-2009-cu illərdə ADAU-nun İqtisadiyyat fakültəsində Menecment Alman proqramı ixtisasında bakalavr təhsili aldım. Oxuduğum müddətdə Logo proqramı üzrə Almaniyada k/t təcrübəsi keçdim, sonra da bir semestr Weihenstephan Universitetində təhsil aldım.

Bakalavr təhsilini bitirdikdən sonra hərbi xidmətə yollandım. Sonra Almaniyada təqaüd proqramını qazanaraq Weihenstephan Universitetində Aqrar menecment ixtisası üzrə magistr təhsili aldım. Artıq təhsil müddətində Universitetdə  assistent kimi çalışırdım. 2013-cü ildən “Deutz-Fahr” şirkətində marketinq mütəxəssisi kimi işə başladım, müxtəlif vəzifələrdə oldum, sonra isə həmin firmanın biznes direktoru vəzifəsinə kimi yüksəldim.

[caption id="attachment_72479" align="alignnone" width="696"]Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ  [/caption]

- Almaniyada nə vaxtdan yaşayırsınız?

- Gəncədə tələbə olduğum 2007-2008-ci illərdə Almaniyada müxtəlif kurslarda iştirak etdim. Magistr təhsilinə başladığım 2010-cu ildən isə daimi burada yaşayıram.

- Niyə Almaniyaya köçməyi qərarlaşdırdınız? Həyatınızda hansı amillər bu qərara təsir etdi?

- Almaniyaya köçmək qərarımın bir neçə səbəbi var. İlk olaraq, Almaniya keyfiyyətli təhsil və peşəkar inkişaf üçün geniş imkanlar təqdim edir. Həmçinin burada fərdi inkişaf üçün şərait çox əlverişlidir. Bununla yanaşı, beynəlxalq təcrübə qazanmaq və əməkdaşlıqlardan faydalanmaq  istəyim bu qərara təsir etdi. Bu addım mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından çox faydalı oldu.

- Almaniyada yaşamağa başladıqdan sonra Azərbaycanla bağlı hansı ən böyük fərqləri müşahidə etdiniz?

- Burada insanların ictimai nizam-intizam və qaydalara riayət etmək fərqləri çox nəzərə çarpır. Almaniyada dəqiqlik məsələsi də çox önəmlidir - insanlar zamanın dəyərinə çox ciddi yanaşır, gecikmə və ya verilən vədə əməl etməmək çox nadir hallarda baş verir.

Həmçinin iş və şəxsi həyat balansına verilən önəm də fərqli yanaşmanın göstəricisidir. İnsanlar daha çox idman etməyə və ailə ilə vaxt keçirməyə üstünlük verirlər, bu da ümumi həyat keyfiyyətinə müsbət təsir edir.

[caption id="attachment_72478" align="alignnone" width="696"]Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ  [/caption]

- Almaniyada milli mədəniyyətinizi necə qoruyursunuz? Azərbaycan adət-ənənələrini burada necə davam etdirirsiniz?

- Olduğumuz mühitdə adət-ənənələrimizi yaşatmağa çalışırıq. Axı onlar bizim milli sərvətimizdir. Novruz bayramını qeyd etmək bizim üçün Vətəndə olmaq qədər sevindiricidir – səməni cücərdir, paxlava, şəkərbura, rəngli yumurtalarla bayram süfrəsi hazırlayırıq. Burada yaşayan həmvətənlərimizlə toplanıb bayramlarımızı birgə qeyd etmək, milli musiqilərimizi dinləmək, rəqslərimizi oynamaqla adətlərimizi yaşadırıq.

Azərbaycanlı icmalarla əlaqədə olmaq və mədəni tədbirlərdə iştirak etməklə həmvətənlərimizlə birlikdə mədəniyyətimizi qoruyur və tanıdırıq. Bu şeylər milli kimliyimizi Almaniyada yaşatmağa imkan verir.  Mətbəx məsələsində isə… Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir, buna görə də evdə milli mətbəximizdən faydalanırıq. Həmçinin alman qonşularımızı da yeməklərimizə qonaq edirik.

[caption id="attachment_72481" align="alignnone" width="696"]Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ  [/caption]

- Almaniyada iş mühiti necədir? İş tapmaqda çətinliklər yaşadınızmı? Azərbaycan ilə müqayisədə Almaniyada işləyərkən hansı fərqləri hiss etdiniz?

- İlk olaraq, iş mühitində qaydalar və dəqiqlik çox önəmlidir. Almaniyada planlara riayət etmək bir norma kimi qəbul edilir, bu isə işin effektivliyini artırır. Digər bir fərq iş və şəxsi həyat balansına verilən önəmdir. Almaniyada işdənkənar vaxtın qorunması və ailə ilə daha çox vaxt keçirmək mədəniyyəti geniş yayılıb.

Komanda işində isə daha çox strukturlaşdırılmış yanaşma mövcuddur. Hər kəs öz məsuliyyətini aydın şəkildə bilir və buna uyğun fəaliyyət göstərir. Bundan əlavə, Almaniyada işçilərin hüquqlarına böyük əhəmiyyət verilir və iş şəraiti yüksək standartlara uyğun təşkil olunur. Bu fərqlər peşəkar yanaşmamı inkişaf etdirməyə və iş həyatına yeni perspektivlərdən baxmağa imkan verir.

- “Deutz-Fahr” şirkətində biznes direktoru vəzifəsində çalışırsınız. Bu barədə danışardınız.

- Bu vəzifədə çalışmaq mənim üçün böyük məsuliyyət və eyni zamanda peşəkar inkişaf imkanıdır. Əsas məqsədim biznes strategiyalarını hazırlamaq və həyata keçirmək, şirkətin bazar payını artırmaq və müştəri məmnunluğunu təmin etməkdir. Komandamızla birlikdə yeni layihələr üzərində işləyir, bazar araşdırmaları aparır və məhsullarımızı daha geniş auditoriyaya təqdim etmək üçün effektiv həllər hazırlayırıq. Həmçinin tərəfdaşlarla əməkdaşlıq qurmaq və mövcud əlaqələri gücləndirmək işimin vacib hissəsidir.

Bu rolda mənə həm strateji düşüncə, həm də liderlik bacarıqlarımı inkişaf etdirmək üçün gözəl imkanlar yaradılıb. “Deutz-Fahr” kimi nüfuzlu bir şirkətdə işləmək, kənd təsərrüfatı texnologiyaları sahəsində irəliləyişlərə töhfə vermək mənim üçün fəxrdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, “Deutz-Fahr” şirkəti Gəncə avtomobil zavodu ilə də əməkdaşlıq edir.

[caption id="attachment_72480" align="alignnone" width="696"]Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ  [/caption]

- Azərbaycanlıların Almaniyada qarşılaşdığı əsas çətinliklər nələrdir? Bu çətinlikləri aşmaq üçün hansı həll yollarını tövsiyə edərsiniz?

- Azərbaycanlıların Almaniyada qarşılaşdıqları əsas çətinliklər dil baryeri, mədəniyyət fərqlilikləri və iş bazarına uyğunlaşmaqdır. Dil biliklərini artırmağı və sosial çevrələrini almandilli şəxslərlə əhatə etməyi, qanunvericilik normalarını bilmələri həmvətənlərimizin müsbət yöndə formalaşmasına kömək edə bilər.

- Azərbaycana qayıtmaq istərdinizmi? Qayıtmaq istəyirsinizsə, hansı şəraitdə və necə bir planla bunu həyata keçirməyi düşünürsünüz?

- Azərbaycana qayıtmaq planım hələlik yoxdur, amma bu qərarı peşəkar inkişaf və şəraitə əsasən verərdim. Əgər orada iş imkanları və yeni layihələr üçün şərait yaransaydı, qayıtmaq düşüncəm daha real olar. Beynəlxalq təcrübəmi Azərbaycanda tətbiq edərək yeni sahələrdə fəaliyyət göstərməyi və biliklərimi ölkəmizin inkişafı naminə istifadə etməyi planlaşdırardım.

- Almaniyada Azərbaycanı daha yaxşı tanıtmaq üçün nələr edilə bilər?

- Hazırda ölkəmizi bütün dünya dövlətləri tanıyır. COP 29 tədbirinin yüksək səviyyədə keçirilməsi buna bariz nümunədir. Almaniyada Azərbaycanı iqtisadi və mədəni-intellektual baxımdan daha yaxşı tanıtmaq üçün aşağıdakı addımlar atıla bilər:

Mədəniyyət tədbirləri - Azərbaycan musiqisi, rəqsləri və mətbəxini təqdim edən tanıtım gecələri, konsertlər və festivallar təşkil etmək.

İqtisadi əlaqələr - Biznes və investisiya forumları, müxtəlif sərgilərlə Azərbaycanda investisiya və sərmayə qoyuluşu imkanlarını alman iş adamlarına tanıtmaq.

Mediada təmsil - Azərbaycan milli-mədəni irsini tanıdan yazılar və sənədli filmlər yayımlamaq.

Turizm təşviqatı - Azərbaycanın təbiətini, tarixi abidələrini və turizm potensialını göstərmək.

[caption id="attachment_72482" align="alignnone" width="696"]Almaniyada yaşayan gəncəli: “Xan bağında gəzinti ruhun qidasıdır” – ÖZƏL MÜSAHİBƏ  [/caption]

- Son zamanlar ölkəmizdən Almaniyaya gedənlərin sayı artıb. Yəqin ki rastlaşırsınız, münasibətiniz necədir?

- Bu hal əlverişli iş imkanları və təhsil sahəsindəki əməkdaşlıqlarla əlaqəlidir. Bu, gənclərimizin özünüinkişafı və xarici təhsil təcrübəsini mənimsəməsi baxımından çox müsbət haldır. Həmçinin insanlarımızıın buradakı davranışı və inkişaf meyilləri ölkəmiz haqqında müsbət imic formalaşmasında böyük rol oynayır.

- Almaniyaya gəlmək istəyənlərə nə tövsiyələr edərdiniz?

Alman dilini öyrənmək. Bu, həm iş tapmaqda, həm də gündəlik həyatda daha rahat inteqrasiya olmaqda çox vacibdir. Ən əsası dəqiq və məsuliyyətli olmaqdır. Almaniya müxtəlif sahələrdə geniş iş və təhsil imkanları təqdim edir. Öz sahənizlə bağlı tələbləri və şərtləri əvvəlcədən araşdırın. Almaniyada sosial qaydalara və mədəniyyətə uyğunlaşmaq çox önəmlidir. Hər cəmiyyətin özünəməxsus davranış və ünsiyyət tərzi var. Yerli icmalarla əlaqələr yaradaraq sosial şəbəkəni genişləndirmək faydalıdır.

- Gəncə ilə bağlı xatirələrinizdən də bəhs edərdiniz.

- Gəncənin qəlbimdə yeri müqəddəsdir. Orada keçirdiyim vaxt, xatirələrim çox qiymətlidir. İldə bir dəfə mütləq Gəncəyə gəlirəm. Vətənimizin gözəlliyi, insanlarımızın səmimiliyi və qonaqpərvərliyi, şəhərimizin inkişafı məni çox sevindirir. Əsasən də səhər saatlarında Xan bağında gəzinti etmək ruhun qidasıdır.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Təhsil idarəsinə TƏYİNAT

Bütün xəbərlər
Bu gün, 17:03

Davulçu Aysel el şənliyində qolu gipsli iştirak edib

Bütün xəbərlər
Bu gün, 16:30

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya ödəyəcək

Bütün xəbərlər
Bu gün, 16:07

Daha bir GƏNCƏLİ güləşçi Antalyada rəqib tanımadı

Bütün xəbərlər
Bu gün, 15:25

Gəncədə qəzalı dam örtüyünün təmirinə başlanılıb

Bütün xəbərlər
Bu gün, 14:50

Gəncədə çayxananın fəaliyyəti məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 14:47

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:20

Gəncədə yük maşınları yolu zəbt edir

Bütün xəbərlər
Bu gün, 13:07

Ölkə universitetlərində çalışan əcnəbi müəllimlərin SAYI

Bütün xəbərlər
Bu gün, 12:37

Təhsil idarəsinin "WhatsApp" kanalı istifadəyə verilib

Bütün xəbərlər
Bu gün, 12:05

Azərbaycanda tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxılır

Bütün xəbərlər
Bu gün, 10:33

Qadın keçmiş sevgilisindən qəribə şəkildə qisas aldı

Bütün xəbərlər
Bu gün, 09:34

Oğru evlərə belə girib… – GÖRÜNTÜLƏR

Bütün xəbərlər
Dünən, 18:21

Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə uşaq attraksionları baxımsız vəziyyətə düşüb

Bizim fəxrimiz
Dünən, 17:24

Karateçilərimiz beynəlxalq turnirdən Gəncəyə 21 medalla qayıdırlar

Bütün xəbərlər
Dünən, 16:48

Gəncə Dövlət Milli Dram Teatrında yeni tamaşa hazırlanır

Bütün xəbərlər
Dünən, 16:15

Bu il qatarlara 18 dəfə daş atılıb

Bizim fəxrimiz
Dünən, 15:42

Gəncəli güləşçi Türkiyədə qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 14:55

Gəncədə "Ford Transit" "Changan"ı vurdu

Bütün xəbərlər
Dünən, 14:10

Qoca Səmədovun oğlu azadlığa buraxıldı

Bütün xəbərlər
Dünən, 13:36

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:03

DİM gəncəli məktəblilərə metodik vəsait hədiyyə etdi

Bütün xəbərlər
Dünən, 12:32

İcra və probasiya şöbəsinin rəisi aliment pullarını mənimsəməkdə ittiham edilir

Oxşar xəbərlər