Daşkəsən rayonunun Xoşbulaq kəndində sakinlər təhlükə ilə üz-üzə olduqlarını bildirirlər.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, kənddə vətəndaşların sıx istifadə etdiyi yolun üzərindən keçən yüksək gərginlikli elektrik kabelləri normativdən aşağı hündürlükdə yerləşir. Sakinlərin sözlərinə əsasən, xətlər bəzi hissələrdə yerdən 3 metrdən də az məsafədə keçir.
Kənd əhalisi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumların əraziyə baxış keçirərək problemin aradan qaldırmasını istəyirlər.