Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Universitet Günü” münasibəti ilə təntənəli tədbir keçirilib.
Gencexeber.az bildirir ki, bu barədə ADAU məlumat yayıb.
Tədbirdən əvvəl iştirakçılar inzibatı binanın foyesində tələbələrin rəsm işlərinə və müxtəlif laboratoriyaların stendlərinə baxış keçiriblər.
ADAU-nun rektoru Zəfər Qurbanov, professoru Hasil Fətəliyev, dosentləri Siyasət Məmmədov və Cəmaləddin Məmmədov, professor Nizami Seydəliyev kollektivi təbrik edərək, səmimi arzularını çatdırıblar.
Daha sonra “Universitet Günü” münasibəti ilə bir qrup əməkdaş Fəxri fərmanla təltif olunub.
Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.