ABŞ səfiri Mark Libbi Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib.
Gencexeber.az məlumat verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Səfir Libbi Gəncəyə səfəri zamanı Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd olunub.
