2020-ci ilin 20 oktyabrında düşmən hücumuna məruz qalan Gəncə sakini dağıdılmış evində "Sarı Gəlin"i ifa etmişdi.
Gencexeber.az xatırladır ki, piano arxasında əyləşən şəxs düşmənin Gəncəyə raket hücumu nəticəsində ailəsi həlak olmuş Abbas Səmədovdur.
"TRT Haber" onun xain hücuma məruz qalan evində piano ifa etməsinin görüntülərini yaymışdı.
A.Səmədov evinin dağılmasına baxmayaraq, ruh yüksəkliyi ilə "Sarı Gəlin"i ifa edir.
"Hər şey yaxşı olacaq! Hiss edirəm ki, gələcəyimiz yaxşı olacaq. Övladlarımızın canı erməni faşistlərindən qurtarsın!", - deyə o qeyd edib.