Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA-nın verdiyi məlumata əsasən, insident xuliqanlıq zəminində olub. Belə ki, 19 yaşlı E. Rzayev 22 yaşlı qardaşı R. Rzayevə bıçaqla daxilə keçməyən xəsarət yetirib.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Nəticədə hadisəni törədən şəxs saxlanılıb.
Qeyd edək ki, hər iki vətəndaş əvvəllər oğurluq cinayətinə görə məhkum olunub.