top
19 oktyabr 2020-ci il: Vətən müharibəsinin 23-cü günü
19 oktyabr 2025, 00:00
- +

19 oktyabr 2020-ci il: Vətən müharibəsinin 23-cü günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Gencexeber.az Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 23-cü günü:

• Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad olunub. Bu barədə Prezident İlham Əliyev tviter hesabında məlumat verib.

• Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub. Bu barədə Prezident İlham Əliyev rəsmi tviter hesabında bildirib. 

• Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 2 ədəd BM-21 "Qrad" YARS qurğusunu, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını və 11 avtomobil texnikasını sıradan çıxarıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 19 oktyabradək 61 mülki şəxs həlak olub, 282 nəfər xəsarət alıb, 1846 ev, 90 çoxmənzilli yaşayış binası və 341 mülki obyekt yararsız vəziyyətə düşüb. 

• Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən Azərbaycan Televiziyasının əməkdaşı xəsarət alıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:02

Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi

Bütün xəbərlər
Bu gün, 11:57

Gəncəli ifaçının ilk solo konserti keçirilib

Bütün xəbərlər
Bu gün, 09:32

Gəncəli müəllim elmi dərəcəyə layiq görüldü

Bütün xəbərlər
Dünən, 18:06

Yanğında həlak olan ana və övladları dəfn edildi

Bütün xəbərlər
Dünən, 16:12

İcra başçısının müavini 20 ildən sonra postunu tərk etdi

Bütün xəbərlər
Dünən, 15:33

"Yetim Sabir"in qardaşına hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:00

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Bütün xəbərlər
Dünən, 14:01

Kartof yükündə gizlədilən külli miqdarda dərman aşkarlanıb

Bütün xəbərlər
Dünən, 13:16

Gəncədə sabah yağış olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:33

Gəncədə valideyinləri ölən gənc: "Pula görə xəstəxana qəbul etmədi, ambulansda qaldı, sonra da öldü"

Bütün xəbərlər
Dünən, 11:47

Gəncəli Xalq artisti od püskürdü: "Gəncəli olmaq şərəfdir, fəxr hissidir!"

Bütün xəbərlər
Dünən, 10:58

Gəncədə işsiz və işaxtaran şəxslərin nəzərinə!

Bütün xəbərlər
Dünən, 09:28

Gəncəli xanım alim oldu

Bütün xəbərlər
05 dekabr 2025, 18:12

Gəncədə "BakuBus" avtobusu 78 yaşlı qadını vurmayıb

Bütün xəbərlər
05 dekabr 2025, 16:57

Gəncədə sahibsiz itlərin kütləvi şəkildə zəhərləndiyi iddia olunur

Bütün xəbərlər
05 dekabr 2025, 15:02

Gəncənin "Dubay bazarı"nda göyərtisatan ürəyindən bıçaqlandı

Bütün xəbərlər
05 dekabr 2025, 14:38

Dəhşətli yanğının qurbanı olan ana və övladları Gədəbəydə dəfn olunacaqlar

Bütün xəbərlər
05 dekabr 2025, 13:47

Göygöldə müəmmalı ÖLÜM

Bütün xəbərlər
05 dekabr 2025, 13:08

Gəncədə qadın sürücü kuryerə hücum etdi, söyüşlər söydü

Bütün xəbərlər
05 dekabr 2025, 11:34

Yanğında 83 yaşlı şəhid anası həlak oldu

Bütün xəbərlər
05 dekabr 2025, 11:12

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən kişi saxlanılıb

Bütün xəbərlər
05 dekabr 2025, 10:32

Nizami yurdunda Avropada uğur qazanmış idmançı qarşılanıb

Bütün xəbərlər
05 dekabr 2025, 09:39

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər tutulub

Bütün xəbərlər
05 dekabr 2025, 09:06

Gəncəli əsgərin intiharına görə komandiri HƏBS EDİLDİ

Oxşar xəbərlər