Gəncədə 18 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Report-un verdiyi məlumata əsasən, polis əməkdaşları A.Əmiraslanovanın bıçaqlanması ilə bağlı əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən M.Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, saxlanılan şəxs zərərçəkmişin həyat yoldaşıdır.
Faktla bağlı araşdırmalar davam edir.