top
17 yaşında söyüşə görə qatil oldu
Bu gün, 12:55
- +

17 yaşında söyüşə görə qatil oldu

Şəmkir rayonunda 17 yaşlı oğlan həmyaşıdını qətlə yetirməkdə ittiham olunub.

Qətl hadisəsi 2024-cü ilin oktyabrın 1-də baş verib. Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü Ayxan həmyaşıdı Əlini (adlar şərtidir) bıçaqlayıb.

İş üzrə izahat verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Əliylə qonşu və uzaq qohum olub:

"Yaxın dostluq münasibətində olduğumuz üçün aramızda zarafatlarımız olub. 2024-cü il sentyabrın 30-da Əligilin yaşadığı evin qarşısında zarafatyana günəbaxan tumunu onun üzünə atdım. Atdığım tum onun gözünə dəydi. Əli əsəbiləşərək yerdən daş götürdü və mənə tərəf atdı. Daş mənə dəymədiyi üçün yenidən daş götürərək arxamca qaçmağa başladı. Mən Əliyə zarafat etdiyimi desəm də, o, özümü və ailə üzvlərimi söydü".

Ayxanın ifadəsinə görə, səhəri gün məsələni həll etmək üçün Əli onu söhbətə çağırıb.

"Əli ilə görüşməyə gedəndə yolda dostum Aqili də götürdüm. Əliyə etdiyimiz hərəkətlərə görə bir-birimizdən üzr istəyib, söhbəti bağlamağı təklif etdim. O isə razılaşmadı və yumruqla sinəmə vurdu. Aramızdakı mübahisə zamanı Əlini bıçaqladım. Sonra atama Əlini bıçaqladığımı dedim. Atamla polisə gedərək könüllü olaraq törətdiyim əməli etiraf etdim və təslim oldum", - təqsirləndirilən şəxs bildirib.

Oğlu öldürülən ata Ayxanın qətli tək törətmədiyini iddia edib. O, bu cinayətdə iş üzrə adı keçən Aqilin də məsuliyyətə cəlb olunmasını istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: demokrat.аz

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncədə 3 yaşlı uşağın əli ətçəkən maşında qalıb - TƏFƏRRÜAT

Bütün xəbərlər
Bu gün, 17:34

Məktəbdə sanitar qovşağı dağıtdığı deyilən direktordan CAVAB

Bütün xəbərlər
Bu gün, 16:49

Çoxuşaqlı ailələr üçün yeni təklif - 3 uşağı olanlara da müavinət verilə bilər

Bütün xəbərlər
Bu gün, 16:04

Moruq festivalına avtobuslar təşkil olunub

Bütün xəbərlər
Bu gün, 15:33

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Bütün xəbərlər
Bu gün, 14:10

Gəncənin bu ərazisində burnunu tutmadan keçmək olmur

Bütün xəbərlər
Bu gün, 14:03

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Bütün xəbərlər
Bu gün, 13:29

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:39

Direktor vəzifəsini itirdi, məktəbin tualetini dağıtdı - İDDİA

Bütün xəbərlər
Bu gün, 11:32

Gəncədə zibilliyə çevrilən yaşayış massivində təmizlik işləri görülüb

Bütün xəbərlər
Bu gün, 09:43

Gəncədə 100-dən çox müəssisənin iştirakı ilə SƏRGİ keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:48

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:45

"Sovxoz Nizami" dairəsində təhlükə: yol təmir edildi, amma...

Bütün xəbərlər
Dünən, 14:21

Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın! - DİN çağırış edir

Bütün xəbərlər
Dünən, 12:32

Anar Bayramov: Daha çox nəticə göstərən həkimlərimiz artıq əməkhaqqı almalıdır

Bütün xəbərlər
Dünən, 11:56

72 mindən çox tibb işçisinin maaşı artırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:45

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:38

Bölgəmizdə alkoqollu içkilərə xərclənən vəsait artıb

Bütün xəbərlər
Dünən, 10:52

Partlayışın baş verdiyi ərazidə nəzarət gücləndirilib

Bütün xəbərlər
Dünən, 10:22

İxtisas seçimi bu gün bitir - Abituriyentlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:11

Xaricdə ali təhsil alanlar imtahan verəcəklər - Yeni qayda

Bütün xəbərlər
Dünən, 09:41

Gəncədə bu quruma yeni müdir təyin olunub

Bütün xəbərlər
01 sentyabr 2026, 18:10

Gəncədə tikinti işlərinə altı ayda 38,9 milyon manat xərcləndi

Oxşar xəbərlər