Göygölün "İrəvan" İdman Klubunun yetirməsi Ağamirzə Mahmudbəyli savat idman növü üzrə keçirilən Dünya Kubokunda bütün rəqiblərinə inamla qalib gələrək qızıl medal qazanıb.
Gencexeber.az məlumat verir ki, yarış Avstriyanın Veyz şəhərində baş tutub. 2016-cı il təvəllüdlü Ağamirzə 30 kiloqram çəki dərəcəsində çıxış edib.
“Sözügedən nailiyyət Ağamirzə Mahmudbəylinin beynəlxalq turnirlərdə ilk uğuru deyil. O, keçən il də Veyz şəhərində təşkil edilən yarışda qızıl medal qazanıb”, – A.Mahmudbəylinin şəxsi məşqçisi və Göygölün "İrəvan" İdman Klubunun rəhbəri olan Fəxri Cəfərov bildirib.
Qeyd edək ki, Azərbaycanın savat idman növü üzrə millisi baş məşqçi Taleh Nağızadənin rəhbərliyi ilə Avstriyaya yollanıb.