top
Deyirlər, niyə tək gəzirsən, balaca? - Bəstəboy aktrisa ilə MÜSAHİBƏ
24 oktyabr 2024, 16:22
- +

"Deyirlər, niyə tək gəzirsən, balaca?" - Bəstəboy aktrisa ilə MÜSAHİBƏ

 

Əslən Qazax rayonundan olan bəstəboy aktrisa müsahibə verib.

Lent.аz-ın həmsöhbəti olan aktrisa Ülviyyə Qarayeva həyatı və yaradıcılığından söz açıb.

Müsahibəni təqdim edirik:

 – Ülviyyə, istərdim özünüz barədə məlumat verəsiniz.

- Qarayeva Ülviyyə. Qazax rayonunda doğulmuşam. 25 yaşım var. Rəqslə məşğul olmağı sevirəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr aktyorluğu fakültəsini bitirmişəm, magistraturaya hazırlaşıram. Təhsilimi bitirdikdən sonra ya Musiqili Teatrda, ya da Gənc Tamaşaçılar Teatrında işləmək istərdim.

– Musiqili Teatrda işləmək istəyənlərdən səs də tələb olunur. Oxuya bilirsiniz yəqin.

- Bəli səsim var oxuyuram. Elmira Rəhimovadan ilhamlanmışam.

– Ailənizdə sizdən başqa bəstə boylu kimsə var?

- Ailədə 3 uşağıq. Qardaşlarım və mən. Bir qardaşımın boyu 140 sm-dir.

Bu qan qohumluğunun yaratdığı fəsaddır. Ailələrimiz bir neçə nəsil qohum evliliyi üstə qurulub, anamla atam bibi oğlu, dayı qızı olub. Onlar ucaboyludur, qardaşımla mən belə.

– Boyunuz nə qədərdir?

- 120 sm.

 – Heç bu boya görə əziyyət çəkmisiniz?

- İctimai nəqliyyatla gedəndə sürücü məni götürmək istəməyib, deyib bu uşaq tək gedir valideyni hanı?  Dəfələrlə məni uşaq bilib yaxınlaşıblar, deyiblər niyə tək gəzirsən, balaca? Hər kəs gənc görünməyə çalışır, təbiət mənə bunu hədiyyə edib (gülür).

– Boyunuz uzansın deyə, uşaq ikən hansısa müalicələr almısınız?

- Həkimlərə çox gedib-gəlmişəm. Boy artırmaq  üçün edilən müalicələr fayda vermədi. Hətta üzgüçülüyə də getdim. Dedilər əməliyyatla boyu uzatmaq olar. Mən bunu istəmirəm. Ayağımda problem yaranmışdı, əməliyyat olundum və gördüm ki bu heç də asan bir iş deyil. İynə dərmandan xoşum gəlmir.

– Hind rəqsləri edirsiniz. Bu sahədə Oksana Rəsulova ilə rəqabətə hazırsınız?

- Məncə insanın ən böyük rəqibi onun özü olmalı, özü-özü ilə yarışmalıdır.

– Sizə bu günə qədər sənət yolunuzda məşhur simalardan dəstək və ya əngəl olanlar olub?

- Olub. Məşhurlardan da olub. Amma mən əngəl olanları unutmuşam. Problemləri arxada qoyub, ötüb keçməyi sevirəm. Sənətimlə bağlı böyük hədəflərim var, inanıram ki, onları həyata keçirəcəm. Dünya miqyasında tanınmaq istərdim. Mən İncəsənət Universitetinə hazırlaşanda hamı deyirdi ki, səni qəbul eləməzlər. Boyun balacadır, fakturan yol vermir. Amma məncə fərqlilik də gözəldir. Aktyorlar müxtəlif tipajlar yaradırlar və bu obrazlar arasında görünüşü ilə fərqlənən insanlar da var. Necə ki, mən. Xarici ölkələrdə bizim kimi aktyorlar daha çox uğur qazanırlar, onlar müxtəlif qüsurları uğur kimi istifadə edirlər. Xaricdən təklif almamışam, öncə Azərbaycanda tanınmalıyam, özümü üzə çıxarmalıyam ki, istedadımı görsünlər, məni bilsinlər

– Sevgi elanı almısınız?

- Çox olub. Amma mən tələsəmirəm. Hələlik sevgi münasibətim yoxdur. Karyeramla sənətimi paralel inkişaf etdirmək istəyirəm.

– Xəyalınızdakı qəhrəmanın boyu necədir?

- Uca boy da ola bilər. Bəzən deyirlər, boyu balacadır amma hündürboylu oğlan arzu edir. Arzulamaq günah deyil, arzu əngəl tanımır. Bizim də istəmək haqqımız var. İstərdim, onun boyu 150 olsun. Çünki övladlarımın sağlam, uca boylu olmasını istərdim. Boy insanlarla münasibətdə maneə yaratmayıb. Əsas xarakterdir, əzmdir, iradədir, bacarıqdır.

– Ev işləri görürsünüz?

 - Bəli bacarıram.

– Uşaqlar bir az amansız olurlar. Orta məktəbdə boyunuzla bağlı sizi cırnadanda dava edirdiniz?

- Yox susurdum. Dava eləmirdim, bəzən qardaşlarım mənim əvəzimə cavab verirdilər. Valideynlər də, məktəbdə müəllimlər də görkəm etibarilə fərqli insanlara yanaşmanı tərbiyə etməlidirlər. Bizi bəzən inklüziv məktəbə ayırmaq istəyirlər. Amma niyə? Biz özümüzü idarə edirik. İfadə edirik, ağlımız, bacarığımız varsa niyə ayrı məktəblərdə oxumalıyıq? Biz cəmiyyətə, cəmiyyət də bizə inteqrasiya eləməlidir. Bizi nə üçün fərqli görməlidirlər? Bizə yadplanetli kimi baxırlar. Biz cəmiyyətdə daxil olmalıyıq ki, ayrıseçkiliyə son qoyulsun.

[caption id="attachment_68244" align="alignnone" width="696"]"Deyirlər, niyə tək gəzirsən, balaca?" - Bəstəboy aktrisa ilə MÜSAHİBƏ  [/caption]

[caption id="attachment_68243" align="alignnone" width="696"]"Deyirlər, niyə tək gəzirsən, balaca?" - Bəstəboy aktrisa ilə MÜSAHİBƏ  [/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:32

Maaş kartları ilə bağlı yenilik - İşçi özü seçim edəcək

Bütün xəbərlər
Bu gün, 16:55

Moskva-Gəncə reysi gecikir

Bütün xəbərlər
Bu gün, 13:46

Sabah duman olacaq, qərb küləyi əsəcək - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:13

Gəncəçaydan bu dəfə də plastik butulkalar YIĞILDI

Bütün xəbərlər
Bu gün, 12:38

Gəncədə məktəbdə təhlükə saçan MƏHƏCCƏRLƏR

Bütün xəbərlər
Bu gün, 10:42

Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi ilə bağlı qərar

Bütün xəbərlər
Bu gün, 10:03

Gəncədə universitetlərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə yeniyetmə bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 17:33

Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib

Bütün xəbərlər
Dünən, 16:54

ATU-da Karyera Festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:37

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:56

Gəncədə küçədə söyüş söydü, 16 gün həbs edildi

Bütün xəbərlər
Dünən, 11:18

Şagirdlərimizdən möhtəşəm UĞUR - 41 medal qazandılar

Bütün xəbərlər
Dünən, 10:13

Gəncəli müğənni "Ferrari" ilə qəzaya düşüb

Bütün xəbərlər
Dünən, 09:28

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 09:00

Gəncədə yeniyetməni öldürən gənc… - "Özümü müdafiə ETMİŞƏM"

Bütün xəbərlər
05 may 2026, 18:00

Gəncənin mərkəzində yabanı otların biçini davam etdirilir

Bütün xəbərlər
05 may 2026, 16:42

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

Bütün xəbərlər
05 may 2026, 16:06

Kolbasa məmulatlarının istehsalı ARTIB

Bütün xəbərlər
05 may 2026, 15:32

Gəncədə hotellərdə monitorinq keçirilib

Bütün xəbərlər
05 may 2026, 13:51

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
05 may 2026, 13:18

Dostunu bıçaqladı, məhkəmə zalından azadlığa buraxıldı

Bütün xəbərlər
05 may 2026, 12:14

Nazir yeni rəis təyin etdi

Bütün xəbərlər
05 may 2026, 11:47

ATU ali təhsil müəssisələri arasında ilkə imza atıb

Bütün xəbərlər
05 may 2026, 11:12

"Kərbəlayi"nin anadan olmasından 116 il ötür

Bütün xəbərlər
05 may 2026, 10:39

Mikroavtobusla minik maşını toqquşub, 8 nəfər xəsarət alıb

Bütün xəbərlər
05 may 2026, 10:07

Himnimizin mətninin müəllifi Əhməd Cavadın doğum günüdür

Bütün xəbərlər
05 may 2026, 09:26

Gəncədə ağır qəza - Süpürgəçi öldü

Oxşar xəbərlər