Qazaxda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.аz xəbər verir ki, hadisə rayonda yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Rövşən Nəbiyev yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.