Gencexeber.az məlumat verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində Elmidar Həsənova məxsus evdə baş verən yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.
20:27
Şəmkir rayonunda fərdi yaşayış evində yanğın başlayıb.
Gencexeber.az məlumat verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində İsmət Qayıbov küçəsində qeydə alınıb. Elmidar Həsənovaya məxsus dörd otaqlı evin zirzəmisindən başlayan yanğın otaqlardan birinə keçib.
Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin briqadaları cəlb olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanmadır.
Hazırda qəsəbəyə verilən elektrik enerjisi təchizatı dayandırılıb.