top
Səfirliyimizə hücum edən şəxs edam ediləcək - TƏSDİQLƏNDİ
22 yanvar 2025, 15:57
- +

Səfirliyimizə hücum edən şəxs edam ediləcək - TƏSDİQLƏNDİ

 

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü Ali Məhkəmədə təsdiqlənib.

Apa.az xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib.

“İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və İş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, – sözçü bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib.

İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:34

Gəncə yaxınlığında yeni yaşayış binası tikiləcək

Bütün xəbərlər
Bu gün, 13:57

Satdığı yumurtadan cücə çıxmadı, məhkəmədə üz-üzə gəldilər

Bütün xəbərlər
Bu gün, 13:22

ATU-da "Conversation Club" layihəsinə start verilir

Bütün xəbərlər
Bu gün, 12:38

Kinomuzun "Koroğlu"sunun anım günüdür

Bütün xəbərlər
Bu gün, 12:02

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edilib

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncədə taksi sürücüləri imtahan verəcək

Bütün xəbərlər
Bu gün, 11:03

Gəncə payızlıq güllərlə bəzədilib

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncədə elektrik təchizatı tez-tez kəsilir – Sakinlər narazıdır

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncə çayının dərəsində köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bütün xəbərlər
Bu gün, 09:31

ADAU-da heyvanlar üçün pulsuz qısırlaşdırma AKSİYASI

Bütün xəbərlər
Dünən, 18:00

ATU beynəlxalq reytinqdə region üzrə liderdir

Bütün xəbərlər
Dünən, 17:16

Aybəniz Haşımovanın tələbələri ABŞ-də qalib oldular

Bütün xəbərlər
Dünən, 16:33

Gəncədə gələn il BÜTÜN avtobuslarda nağdsız ödəniş sistemi olacaq

Bütün xəbərlər
Dünən, 15:48

Gəncəli xanım alim oldu

Bütün xəbərlər
Dünən, 15:13

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:37

Gəncədə dayanacaqdakı antisanitariya aradan qaldırıldı

Bütün xəbərlər
Dünən, 14:10

İcra Hakimiyyətindəki qəbulda qalmaqal - Vəzifəli şəxs başçının müavininə hücum etdi

Bütün xəbərlər
Dünən, 14:03

"102"yə zəng edərək adam öldürəcəyini deyən şəxs həbs edilib

Bütün xəbərlər
Dünən, 13:28

Sərxoşların davası: 26 yaşlı gəncəli bakılını başından bıçaqladı

Bütün xəbərlər
Dünən, 13:08

"Kapital Bank"ın bankomatından pul çıxaranda da faiz ödəyəcəksiniz

Bütün xəbərlər
Dünən, 13:04

Gəncədə 30 matan yardım bu cür verilir

Bütün xəbərlər
Dünən, 12:21

37 yaşlı kişi öldürüldü - Atası tutuldu

Bütün xəbərlər
Dünən, 12:02

Bu ilin 9 ayı ərzində bölgəmizdə neçə boşanma olub?

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə yeniyetməni qəsdən maşınla vurub öldürən şəxsin FOTOSU

Bütün xəbərlər
Dünən, 10:51

74 yaşlı qadın su quyusuna düşərək öldü

Bütün xəbərlər
Dünən, 10:19

Gəncəli tələbə Türkiyədə şəhidlərimiz üçün ehsan verib

Bütün xəbərlər
Dünən, 09:41

Gəncədə kollecin həyətində ağac kəsən fəhlə cərimələndi

Bütün xəbərlər
Dünən, 09:04

Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Oxşar xəbərlər