top
Vladimir Putin İlham Əliyevdən üzr istədi
28 dekabr 2024, 16:40
- +

Vladimir Putin İlham Əliyevdən üzr istədi

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gencexeber.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:28

"Gəncədə parklanma sistemləri qurulsun" - Naqif Həmzəyev

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncədə məktəbin qarşısını çirkab suları basıb

Bütün xəbərlər
Bu gün, 17:51

Gəncədə ər arvadını bıçaqlayıb

Bütün xəbərlər
Bu gün, 17:39

Gəncədə BMW sürücüsü toy karvanında avtoxuliqanlıq etdi, həbs edildi

Siyasət
Bu gün, 17:31

Gəncədə pulsuz təlim keçiriləcək

Bütün xəbərlər
Bu gün, 16:55

Gəncə sakini illərlə obyektinə sənəd ala bilmir

Bütün xəbərlər
Bu gün, 16:17

Türk ruhunu Qazaxıstanda ucaldan GƏNCƏLİ

Bütün xəbərlər
Bu gün, 15:41

19 yaşlı gəncəli balası Türkiyədə şəhidlərin xatirəsinə ehsan verib

Bütün xəbərlər
Bu gün, 15:03

Yeni ildə bir həftə İŞ OLMAYACAQ?

Bütün xəbərlər
Bu gün, 14:33

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:51

ATU-da tyutor kurslarına start verilir

Bütün xəbərlər
Bu gün, 13:17

Gələn il təhsil və elmə 5,2 milyard ayrılacaq

Bütün xəbərlər
Bu gün, 12:38

Gəncədə tanınmış yazıçıların iştirakı ilə sərgi keçiriləcək

Bütün xəbərlər
Bu gün, 11:58

Rusiyalı bloqer: "Gəncədə güclü əyalət ab-havası hiss olunur"

Bütün xəbərlər
Bu gün, 11:24

Gələn ilin yaşayış minimumunun məbləği bu qədər olacaq

Bütün xəbərlər
Bu gün, 10:25

Azad edilmiş ərazilərdə 5 il ərzində hansı işlər görülüb? - VİDEO

Bütün xəbərlər
Bu gün, 10:06

Gəncədə arxlar təmizlənib

Bütün xəbərlər
Bu gün, 09:23

Quldurluq edən yeniyetmələr saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:28

Şəmkirli qızı burun əməliyyatından sonra komaya salan həkim İŞ BAŞINDA

Bütün xəbərlər
Dünən, 15:51

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 15:12

Gəncənin özəl bağçalarında uşaqlara nəzarət niyə zəifdir?

Bütün xəbərlər
Dünən, 14:34

Gəncə yaxınlığında yeni yaşayış binası tikiləcək

Bütün xəbərlər
Dünən, 13:57

Satdığı yumurtadan cücə çıxmadı, məhkəmədə üz-üzə gəldilər

Bütün xəbərlər
Dünən, 13:22

ATU-da "Conversation Club" layihəsinə start verilir

Oxşar xəbərlər